Məhkəmə qərarları › İş №3(021)-1115/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1115/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1115/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlunun sədrliyi ilə , xx xxxxxx 2000-ci ildə Bərdə rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu Mehdili kəndində yaşayan Şəxs Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilməsinə dair vəsatətinə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs tərtib edilmiş EQ-6273990 nömrəli inzibati xəta protokolu ilə inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq cəriməni ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmışdır. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəməyə ərizə verərək 27 aprel 2021-ci il tarixdə Dövlət Yol polisi tərəfindən tərtib edilmiş EQ-6273990 nömrəli inzibati protokol üzrə yaranmış cəriməni və dəbbə pulunu dövlət büdcəsinə ödədiyindən Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. İnzibati materiala əlavə edilmiş İXP-4107878 nömrəli inzibati protokoldan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə cəriməni və dəbbə pulunu qanunla müəyyən edilmiş müddət ərzində dövlət büdcəsinə ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. İşə əlavə edilmiş cərimənin ödənilməsinə dair qəbzin surətindən müəyyən edilir ki, Şəxs EQ-6273990 nömrəli inzibati protokol üzrə hesablanmış cəriməni tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ərizəsini, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs cəriməni və dəbbə pulunu ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5 maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin olunmuş cəriməni və cəriməyə hesablanmış dəbbə pulunu ödədiyindən Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar