Məhkəmə qərarları › İş №3(021)-1115/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1115/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1115/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, 05 iyul 1988-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bərdə rayonu Divanlı kəndində yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5.000 (beş min) manat məbləğində cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 22 may 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə 5.000 (beş min) manat cərimə ləğv edilməlidir. Bildirmişdir ki, o, ali təhsilli həkim-stomatoloqdur və uzun illərdir fəaliyyət göstərir. O cümlədən, ünvan 1 ünvanda fəaliyyət göstərən "X12" Klinikasında çalışır. Klinika hüquqi şəxs kimi fəaliyyət göstərir və bu haqda lisenziyası var. Bu səbəbdən onun əlavə lisenziya almağına zərurət yoxdur. Onun vəzifəli şəxs qismində cərimə olunmağı barədə qeyd olsa da o fiziki şəxsdir və həmin tibb mərkəzində ona verilən otağı icarə müqaviləsi əsasında işlədir. Qərar verildikdən sonra ona məlum olmuşdur ki, tibb mərkəzinin 3 il bundan öncə lisenziyasının müddəti bitmişdir. Həmin lisenziya isə tibb mərkəzinin rəhbəri tərəfindən alınmalı olduğu halda onu cərimə etmişlər. Şərh olunanlara əsasən hesab edir ki, hazırki inzibati xətanın subyekti olmadığından barəsində qəbul edilmiş 22 may 2023-cü il tarixli, MN ******* nömrəli qərara xitam verilməlidir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına iştirak edən şikayətçi X6 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək əlavə olaraq göstərmişdir kİ, o, fiziki şəxsdir, hüquqi şəxs deyil. Stomatoloji kabeinti klinikadan icarəyə götürmüşdür, lakin onun deyil, klinikanın lisenziyası olmalıdır. Odur ki, şikayətin təmin edilərək müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA3400655 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 05 iyul 1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, VÖEN: ********** olan X1 şəhəri, Gəncə küçəsi 14-də qeydiyyatda olmaqla fiziki şəxs kimi vergi orqanında xx.xx.2011-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X5 ünvanlanmış 23 may 2023-cü il tarixli 3-28/2-3503/2023 nömrəli məktubundan görünür ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol (MN No 1743364) əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli MN ******* nömrəli qərar çıxarılmışdır. İnzibati cərimənin hesab rekvizitləri göstərilən hesaba ödənilməsi tələb olunur. Əks təqdirdə cərimənin ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 22 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati təbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 şəhəri, A.Əhmədov küçəsi 11 ünvanında yerləşən “X12” adlı klinikada lisenziyası olmadan tibbi avadanlıqla və ləvazimatlarla təchiz edilmiş özəl tibb fəaliyyəti (stomatoloji fəaliyyət) göstərməsi faktı aşkar olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı X6 və VÖEN-i **********, plandankənar yoxlama olmaqla yoxlanılan təsərrüfat obyektinin kodu 40002 Stomatoloji kabinet, AZ 0900 Bərdə rayonu, Bərdə şəhəri, A.Əhmədov ev n 11 m., Stomatoloji kabinetdə fəaliyyət, yoxlayıcı şəxslər X7, X9, X2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqına 581 nömrəli 15 may 2023cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Baş direktoru Murad Süleymanov tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq ünvan 5 ünvanında tibbi fəaliyyətlə məşğul olan ********* saylı VÖENə malik X5 məxsus stomatoloji kabinetin fəaliyyətinin yoxlanması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN-0327610 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 barəsində İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 5000 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, 22 may 2023-cü il tarixli, MN-0327610 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X6 tərəfindən 22 may 2023-cü il tarixli, MN-0327610 nömrəli qərardan verilmiş şikayət əsassızdır. Belə ki, iş üzrə keçirilən məhkəmə iclasında şikayət verən şəxs özü etiraf edərək məhkəməyə bildirmişdir ki, klinikadan yer icarəyə götürərək stomatoloji fəaliyyətlə məşğul olmuşdur. Belə olan halda klinika deyil, ********** saylı VÖEN-ə malik olan X6 vəzifəli şəxs olmaqla lisenziya olmadan özəl tibbi fəaliyyətlə, yəni stomatoloji kabinet yaratmaqla əhaliyə tibbi xidmətlər göstərdiyinə görə inzibati məsuliyyət daşımalıdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edən orqan tərəfindən X6 barəsində İXM-in 210.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi əsaslıdır. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən özəl tibb fəaliyyətinin subyektləri tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdir. Həmin qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, Azərbaycan Respublikası Səhyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati təbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Səhyyə Nazirliyi tərəfindən X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 may 2023-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar