Məhkəmə qərarları › İş №3(021)-1116/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1116/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1116/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin EQ1338249,EQ2180196, EQ2601662, EQ2180196, EQ2601643, EQ2601566, EQ1387791, EQ2601538, EQ1551741, EQ2601535, EQ2601535, EQ2591937, EQ2601670, EQ2601754, EQ2601744, EQ2601734 EQ1241760, EQ805086, EQ659081, EQ1127816, EQ1091429, EQ963166, EQ936893, EQ862634, EQ858734 saylı inzibati tənbeh vermə haqqında protokollarının ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin EQ1338249,EQ2180196, EQ2601662, EQ2180196, EQ2601643, EQ2601566, EQ1387791, EQ2601538, EQ1551741, EQ2601535, EQ2601535, EQ2591937, EQ2601670, EQ2601754, EQ2601744, EQ2601734 EQ1241760, EQ805086, EQ659081, EQ1127816, EQ1091429, EQ963166, EQ936893, EQ862634, EQ858734 saylı inzibati tənbeh vermə haqqında protokollarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X4 2019-cu il tarixində tanımadığı şəxsə məxsus olan Shevrolet Cruze markalı, ** GL *** Dövlət qeydiyyat nişanlı avtomobilə dair onun xəbəri olmadan adına 1 illik avtomobili idarə etmək hüququ olan etibarnamə rəsimləşdirilmişdir. Həmin avtomobil mülkiyyətçisi tərəfindən yox qeyri bir başqa şəxs tərəfindən idarə olunurdu. Həmin şəxsin isə sadəcə İlkin Mehman oğlu olduğunu bilmişdir. Həmin avtomobil X2 adına 1 günlük etibarnamə verməli olduğu halda nədənsə 1 illik etibarnamə olaraq verilmiş və onun bundan heç bir məlumatı olmamışdır. Etibarnamə üzrə maşın onun istifadəsinə 1 illik verilməsinə baxmayaraq X4 heç bir zaman həmin avtomobili idarə etməmişdir. Hal-hazırda istifadəsində olmayan idarə etmədiyi həmin avtomobilə dair təqribən 2300 manat civarında cərimə X1 vəsiqəsinə qeyd olunmuşdur. Yol polis əməkdaşları tərəfindən EQ1338249,EQ2180196, EQ2601662, EQ2180196, EQ2601643, EQ2601566, EQ1387791, EQ2601538, EQ1551741, EQ2601535, EQ2601535, EQ2591937, EQ2601670, EQ2601754, EQ2601744, EQ2601734 EQ1241760, EQ805086, EQ659081, EQ1127816, EQ1091429, EQ963166, EQ936893, EQ862634, EQ858734 saylı protokollar tərtib edilmiş və qanuna müvafiq inzibati xətalar məcəlləsinin maddələri əsasında X3 cərimələr yazılmışdır. Həmin avtomobil barədə birqədər araşdırdıqdan sonra məlum olmuşdur ki, həmin avtomobil və mülkiyyətçisi avtomobil idarə edən şəxslər 2016-cı ildən Sabunçu rayon məhkəməsinin qərarına əsasən axtarışdadılar və məlum oldu ki, həmin avtomobil bankda kredit müqaviləsinə görə girovdadır. Avtomobilin mülkiyyətçisinin isə təxminən 17.000 manat banka borcu vardır və borcu ödəmədiyi üçün həmin şəxs avtomobili qaçırıb banka təhvil verməyib. Bunun üçün isə məsuliyyətə cəlb ediliblər. Lakin 2016-cı ildən bu günə qədər nə mülkiyyətçidən nə idarə edən digər şəxslərdən və avtomobildən heç bir əsaslı xəbər məlum deyil. X1 vəsiqəsi xarici dövlətə məxsusdur və öz sürücülük vəsiqəsini həmin cərimələrə görə yerli vəsiqə ilə dəyişdirə bilmir. Hazırda sürücülük vəsiqəsinə məhdudlaşdırma qoyulmuşdur. Yol polis əməkdaşları tərəfindən tərtib edilmiş EQ1338249,EQ2180196, EQ2601662, EQ2180196, EQ2601643, EQ2601566, EQ1387791, EQ2601538, EQ1551741, EQ2601535, EQ2601535, EQ2591937, EQ2601670, EQ2601754, EQ2601744, EQ2601734 EQ1241760, EQ805086, EQ659081, EQ1127816, EQ1091429, EQ963166, EQ936893, EQ862634, EQ858734 saylı protokollar qanunsuz və əsassız olduğundan həmin protokolların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsada məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bərdə rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə şikayətçi X2 və Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin saxlanılması barədə qərardan çıxarışlardan görünür ki, EQ1338249,EQ2180196, EQ2601662, EQ2180196, EQ2601643, EQ2601566, EQ1387791, EQ2601538, EQ1551741, EQ2601535, EQ2601535, EQ2591937, EQ2601670, EQ2601754, EQ2601744, EQ2601734 EQ1241760, EQ805086, EQ659081, EQ1127816, EQ1091429, EQ963166, EQ936893, EQ862634, EQ858734 saylı protokollar üzrə inzibati cərimə tətbiq olunmuş lakin qərar qanuni qüvvəyə mindiyi gündən 02 ay müddət keçməsinə baxmayaraq icra edilməmişdir. Belə olan halda nəqliyyat vasitəsinin saxlanılması və BDYPİnin mühafizə olunan duracağına yerləşdirilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Lakin hazırki şikayət ərizəsi ilə şikayətçi inzibati protokolu mübahisələndirmişdir ki, bu hal da özü-özlüyündə inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olduğu halda barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar