Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1117/2023 19.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan Şəxsun iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bərdə rayonu Mollalı kəndində doğulmuş, fərdi əməklə məşğul olan, subay, Bərdə rayonu Mollalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 19 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 19 iyun 2023-cü il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə Rayon Məhkəməsinin 16(021)-27/2023 saylı 22 may 2023-cü il tarixli icra sənədi üzrə tələbi X4 təmin etməmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, iddiaçı X2 cavabdehlər X4, Şəxs və üçüncü şəxs Bərdə rayon Mollalı kənd bələdiyyəsinə qarşı hasarın sökülməsi, su yolunun açılması, cavabdehlərin hərəkətlərinə qadağa qoyulması tələbinə dair apelyasiya məhkəməsi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək X2 JN-398A, KOD 61016018 nömrəli Torpağı Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində yerləşən 0.51 ha torpaq sahəsinə gedən su yolunun açılmasına maneçiliyin törədilməsi qadağan edilmişdir. Həmin icra sənədini X4 icra etməmişdir. Bununlada icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, protokol barəsində əsasız tərtib edilmişdir, hazırda həmin iş üzrə apelyasiya şikayəti vermişdir. Ərazi isə onun deyil. Göstərilən əraziyə heç bir aidiyyəti yoxdur. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, iddiaçı X2 cavabdehlər X4, Şəxs və üçüncü şəxs Bərdə rayon Mollalı kənd bələdiyyəsinə qarşı hasarın sökülməsi, su yolunun açılması, cavabdehlərin hərəkətlərinə qadağa qoyulması tələbinə dair apelyasiya məhkəməsi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək X2 JN-398A, KOD 61016018 nömrəli Torpağı Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində yerləşən 0.51 ha torpaq sahəsinə gedən su yolunun açılmasına maneçiliyin törədilməsi qeyd edilsədə, hazırki iş üzrə, protokol düzgün tərtib olunmamış, iş materiallarına həmin sənədlər və görüntülər əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1117/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1117/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver