Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1120/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X7 iclas katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, 31 avqust 1994-cü il tarixdə Tərtər rayonu Evoğlu kəndində doğulmuş, subay, orta təhsilli, işsiz, Bərdə şəhəri, H.Əliyev prospekti döngə 14 ev 4 yaşayan barəsində inzibati icraat aparılan X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Bərdə Rayon Məhkəməsinin 2(021)-262/2023 saylı 15 mart 2023-cü il tarixli icra sənədi üzrə tələbkar X5 aliment üzrə 1620 manat borcu yaranımışdır. X1 icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra X9 göstərdi ki, X4 Bərdə Rayon Məhkəməsinin 2(021)-262/2023 saylı 15 mart 2023-cü il tarixli icra sənədi üzrə tələbkar tələbkar X5 aliment üzrə 1620 manat borcu yaranımışdır. X1 icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. X1 icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. X6 dəfələrlə xəbərdarlıq edilsə də, həmin aliment borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X10 izahatında göstərdi ki, X4 Bərdə Rayon Məhkəməsinin 2(021)-262/2023 saylı 15 mart 2023-cü il tarixli icra sənədi üzrə tələbkara aliment üzrə 1620 manat borcu yaranımışdır. X8 məhkəmə iclas zalında 300 manat ödəniş etmişdir. Qalan borcu isə mütəmadi olaraq ödəyəcəyinə söz vermişdir. X8 ilə barışmışdır. İnzibati xəta haqqında icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 göstərdi ki, icra sənədi üzrə tələbkar X5 mütəmadi olaraq hər ay alimenti ödəyir. Qalan borcu ödəməyə söz verir. Məhkəmə iclas zalında 300 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxslə barışdığından barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X11 mütəmadi olaraq aliment borcunu ödəyir. Yayınma halları müşahidə olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, X8 borcundan üç yüz manat məhkəmə iclasında ödəmiş, qalan borcun ödənilməsi barədə tələbkarla razılığa gəlmişdir. Bu faktlar icra məmuru və tələbkarın izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmış və müvafiq ərizəni tələbkar məhkəməyə təqdim etmişdir. Belə olduğu təqdirdə məhkəmə X4 əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən X4 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata X4 əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1120/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1120/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver