Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1121/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, protokol tərtib etmiş şəxs X1, icra işi üzrə tələbkarın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə iş materiallarını məhkəmə iclasında аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və Probasiya Şöbəsində 20 iyun 2023-cü il tarixdə, MN № ******* nömrəli protokol tərtib edilmişdir ondan ötəri ki, onun Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-508 saylı icra sənədi üzrə 2310 manat borcu vardır. Bununla da Şəxs İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 öz ifadəsində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 508 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun tələbkara əmlak üzrə 2310 manat borcu yaranmışdır. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz ifadəsində həmin icra sənədinin hissə-hissə icra edilməsiylə bağlı ərizə verdiyini, bununla bağlı qəbul edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)-244/2023 saylı qərardadı ilə ərizəsinin təmin edilmədiyini, həmin qərardaddan apellyasiya şikayəti verdiyini və bu əsasla da onun barəsində tərtib edilmiş protokolun əsassız olduğunu bildirmişdir. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra işi üzrə tələbkarın nümayəndəsi X4 öz izahatında Gəncə Apellyasiya Məhkəməsinin icra sənədinin icra olmasını istədiyini bildirdi. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən inzibati xəta haqqında protokol üzrə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Çünki, Şəxs hazırki inzibati xətanın törədilməsinə əsas olmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-508 saylı icra sənədi üzrə 2310 manat borcun hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməməsi barədə qərardaddan şikayət vermişdir. X6 Məhkəməsinin iş üzrə qəbul ediləcək qərardadı həll edici olduğundan və şikayətin nəticəsinə dair apellyasiya instansiyasının qərarı müəyyən edilmədən hazırki inzibati xətaya baxılması mümkün deyil və buna görə inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokola əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(021)- 244/2023 nömrəli qərardadından görünür ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(021)-2471/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə baxaraq borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(021)-2471/2021 nömrəli qətnaməsi ilə tələbkar X3 xeyrinə ödəməli olduğu 2810 manat pulun hər ay 100-150 manat olmaqla hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməmişdir. Protokola əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 8(021)- 244/2023 nömrəli qərardadından görünür ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(021)-2471/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 8(021)-244/2023 nömrəli qərardadından icra sənədi üzrə borclu Şəxs tərəfindən verilmiş şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in tələbləri pozulmuşdur ki, protokol və ona əlavə edilmiş materiallar natamam formada məhkəməyə təqdim edilmişdir. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqan olan Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1121/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1121/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver