Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1121/2024 15.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X9 nümayəndəsi X6 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.3-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, hazırkı iş üzrə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X9 29 avqust 2024-cü il tarixli, MN №1613185 nömrəli qərarının ləğv edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, o, ƏƏSMN yanında DƏMX-in X9 29 avqust 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ilə o, İXM-in 198.1.3-cü maddəsinə əsasən 1000 (bir min) manat cərimə edilmişdir. Həmçinin, 29 avqust 2024-cü il tarixli məktubdan görünür ki, sözügedən faktla bağlı X15 Mərkəzində yerləşən DƏMX-in Qarabağ regional şöbəsinə dəvət olunmuşdur, şöbəyə gələrkən izahat yazmaqdan imtina etmişdir, DƏMX-dən hər hansı bir narazılığı olmamış, həmçinin Bərdə rayon prokurorluğunun 16 avqust 2024-cü il tarixli qərarı və digər əlavə edilmiş məlumatlar əsasında tərəfindən AR Əmək Məcəlləsinin 215-ci maddəsinin tələblərinin pozulduğu və bu səbəbdən İXM-in 198.1.3-cü maddəsində qeyd edilən inzibati xəta halının törədildiyi qeyd edilir. Lakin, o X15 Mərkəzində yerləşən DƏMX-nin Qarabağ regional şöbəsinə dəvət edilərkən öz narazılığını bildirmiş və izahat yazmaqdan imtina etmişdir. Həmçinin barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərkən fəaliyyət göstərdiyi şadlıq sarayında sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması ilə bağlı bütün tədbirlər həyata keçirilmiş, müvafiq sənədlər tərtib edilmiş və işçilər tərəfindən imza etdirilmişdir. Hətta “Gold Mətin” şadlıq sarayı üçün “müəssisədaxili intizam qaydaları” və “Əməyin mühafizəsi və X5” tərəfindən təsdiq edilmişdir. Qeyd edir ki, əməli İXM-in 198.1.3-cü maddəsi ilə qiymətləndirilsə də konkret hansı hərəkət və hərəkətsizliyin sanitar-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərini pozması ona məlum deyildir. Bu da onun hüququnun pozulmasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X2 məlumat verilsə də şikayət verən şəxs məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X3 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X9 nümayəndəsi X10 verdiyi izahatında şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən təmin edilməli, qərar inzibati cərimənin məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət məlumatlarından görünür ki, X3 – xx.xx.1960-cı ildə ünvan 2i ünvanında yaşayır. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X9 rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən fərdi sahibkar X1 (VÖEN: **********) bilavasitə iş yerlərinin sağlam sanitariya gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi nəticəsində həmin maddəyə uyğun olaraq 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X9 rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən fərdi sahibkar X2 (VÖEN: **********) ünvanlanmış 29 avqust 2024-cü il tarixli məktubdan görünür ki, X2 şöbənin müvafiq qərarı ilə İXM-in 198.1.3-cü maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilməsi və qərarın icra üçün X2 göndərilməsi qeyd edilərək şəxsdən cərimə məbləğinin 30 gün müddətində bank hesabına ödənilməsinin təmin edilməsi tələb olunur. İşdə olan fərdi sahibkar X3 (VÖEN: **********) tərəfindən təsdiq edilmiş sənədlərdən görünür ki, 01 yanvar 2023-cü il tarixli “Gold Mətin” şadlıq sarayının “Müəssisədaxili intizam qaydaları” və “Əməyin Mühafizəsi və X5” X1 müvafiq əmri ilə təsdiq edilmişdir. İşdə olan X1 Bərdə rayon Prokurorunun köməkçisi Seymur Musayevə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, X3 AQTA X9 müəssisədə apardıqları yoxlama ilə bağlı bildirmişdir ki, aparılan yoxlama zamanı qidaların saxlanma rejiminə riayət edilmədiyi, çalışan işçilərin ilkin və dövri müayinədən keçmələrini təsdiq edən sənədlərin olmadığı, qida məhsulları ilə təmasda olan işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi, çalışan işçilər üçün təlim proqramlarının təşkil edilmədiyi müəyyən edilmişdir. O, qeyd edilən pozuntuların aradan qaldırılması ilə bağlı əməkdaşlara tapşırıq vermişdir. Bərdə rayon Prokurorluğu tərəfindən ƏƏSMN-nin müavini Vüsal Nəsirliyə ünvanlanmış 16 avqust 2024-cü il tarixli 4 saylı məktubun və ünvan 4üvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, hüquqi şəxs yaratmadan “Gold Mətin” şadlıq evində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X3 tərəfindən iş yerində çalışan işçilərin ilkin və dövrü tibbi müayinədən keçmələri barədə sənədlərə malik olmadığı və işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi aşkarlanmış, nəticədə adıçəkilən şəxs İXM-in 198.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması inzibati xətası törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün ƏƏSMN-a, qərarın surətinin isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. İşdə olan AQTA tərəfindən tərtib edilmiş Qida obyektinə baxışın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən X2 məxsus “Gold Mətin” şadlıq sarayında fərdi sahibkarın iştirakı ilə plandan kənar yoxlama aparılmış və orada bir sıra nöqsanlar aşkarlanmışdır. İşə əlavə edilmiş fotoşəkillərdən işçilərinin bəzilərinin iş geyiminin olmadığı görünür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla X3 İXM-in 198.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, barəsində qəbul edilmiş qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. AR.İXM-in 198.1.3-cü maddəsində qeyd edilir ki, 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X1 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Belə ki, iş materialları, xüsusən işə əlavə edilmiş icraatın başlanması haqqında qərardan, X3 və digər şikayətçinin prokurorluğa verdiyi izahatından, AQTA-nin aktından və işə əlavə edilmiş fotoşəkillərdən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 (VÖEN: **********) bilavasitə iş yerlərinin sağlam sanitariya gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmiş, adıçəkilən şəxs İXM-in 198.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və o, vəzifəli şəxs olaraq İXM-in 198.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada 1000 manat məbləğində inzibati cərimə edilmişdir. X3 prokurorluğa verdiyi izahatında inzibati xəta törətməkdə təqsirini etiraf etmişdir. Həmçinin, işə əlavə edilmiş fotoşəkillərdən işçilərinin bəzilərinin əynində iş geyimin olmadığı aydın görünür. X3 tərəfindən işə əlavə edilmiş SƏTƏM təlimatı və müəssisədaxili intizam qaydalarında isə işçilərin həmin təlimat və qaydalarla tanış olub imza etməsinə dair sənəd yoxdur. Bu isə işəgötürən tərəfindən işçilərin həmin sənədlərlə tanış edilmədiyini göstərir. Lakin, məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında 29 avqust 2024-cü il tarixli MN ******* saylı qərar inzibati cərimənin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, səlahiyyətli orqan inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən tətbiq edilmiş tənbeh bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamışdır və buna görə X3 İXM-in 198.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş maksimal həddə, yəni 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Halbuki, səlahiyyətli orqan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olub-olmamasını müəyyən etməli və bu halları nəzərə alaraq qərar qəbul etməli idi. Qərarda isə hansı səbəbdən və qanuni əsasdan şəxsin maksimal həddə inzibati cərimə edilməsi göstərilməmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X9 rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən X3 barəsində İXM-in 198.1.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati cərimənin məbləği hissəsində dəyişdirilərək 500 manat məbləğində müəyyən edilsin, qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1121/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1121/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver