Məhkəmə qərarları › İş №3(021)-1123/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1123/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1123/2024 02.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X5 iclas katibliyi, icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bərdə rayon Dəymədağıldı kəndində anadan olmuş, Bərdə rayon Dəymədağıldı kəndində qeydiyyatda olmaqla yaşayan İsmayılov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 02 sentyabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 233/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 14 noyabr 2013-cü il təvəllüdlü X3 və 19 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 sentyabr 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçı X4 xeyrinə ödənilməlidir. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmişdir. Hazırda 2700 manat borcu vardır. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, əvvəllər övladlarının biri onun, biri isə anasının himayəsində saxlanılmışdır. Lakin 04 mart 2024-cü il tarixdən hər iki övladı anasının himayəsindədir. O, Bakı şəhərində dönərxanada işləyib tələbkara aliment ödəmişdir. Lakin ödəniş qəbzlərini saxlamamışdır. Tələbkarın hesab kartı araşdırılsa ödəniş etdiyi aşkar olunar. Hazırda işləmir, möhlət verilsə işləyib aliment borcunu ödəyər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)298\2023 saylı xx.xx.2023-cü il tarixli qərnaməsi ilə Şəxs ilə X8 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X1 atası Şəxs yanında və 14 noyabr 2013-cü il təvəllüdlü X3 anası X4 yanında saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)233\2024 saylı xx.xx.2024-cü il tarixli qərnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş 19 dekabr 2014-cü il təvəllüdlü X6 anası X4 yanında saxlanılmış, tərəflərin birgə nikahından doğulmuş 14 noyabr 2013-cü il təvəllüdlü X3 və 19 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 sentyabr 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçı X4 xeyrinə tutulması qət olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından doğulmuş 19 dekabr 2014-cü il təvəllüdlü X6 əvvəl atasının daha sonra anası X4 yanında saxlanılmışdır. Lakin Bərdə Rayon Məhkəməsinin 2(021)233\2024 saylı xx.xx.2024-cü il tarixli qərnaməsi ilə Bayram Teymurluya münasibətdə də aliment 01 sentyabr 2023-cü il tarixdən başlayaraq tutulması qət olunmuşdur. Borclu isə bildirir ki, övladı Bayram Teymurlu 14 mart 2024-cü il tarixdən anasının himayəsindədir. Həmin halın əksini isə icra məmuru sübut edə bilməmişdir. Belə olan halda Şəxs hazırda nə qədər aliment borcunun olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar