Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1125/2024 09.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola hazırda baxmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə ki, mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3. maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görəyüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, İXM-nin 327.3 maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bərdə rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş inzibati protokolu və inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək, iş materiallarının natamam olması müəyyən edilmişdir. Sözügedən inzibati xətanın tərkibindən irəli gələrək göstərilən natamamlığın aradan qaldırılması zəruri xarakter daşıyır. Bu səbəbdən inzibati xəta haqqında material geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1125/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1125/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver