Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1126/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Laçın rayonu Əhmədli kəndində qeydiyyatda olan və Bərdə şəhəri Cavanşir küçəsi ev 107-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157 və 206-cı maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Cavanşir küçəsində yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs nənəsi Zərərçəkmiş şəxs döymüş, bundan başqa Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə şəhəri Cavanşir küçəsində yaşayır. Əvvəllər kimyəvi tərkibli narkotik vasitələrdən istifadə etmiş, hazırda isə marixuana tipli narkotik vasiələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən nənəsi Səmayə və anası Sevil ilə arasında münaqişə olmuş, əsəbiləşib telefonunu yerə vurub sındırmış, yerdə olan güldanı dağıtmışdır. Lakin o, nənəsini döyməmişdir. Əməlindən peşmandır, ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Bərdə şəhəri Cavanşir küçəsində yaşayır. Şəxs nəvəsidir, yəni qızının oğludur. Şəxs uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və evdə dava-dalaş yaradır. xx.xx.2024-cü il tarixdə Şəxs anası X1 pul istəmiş, anası Elminə pul vermişdir. Şəxs mobil telefonunu itirmiş, buna görə onu və anasını günahlandırmışdır. Elmin ona və anasına qarşı nalayiq ifadələr işlətmişdir. Həmin gün axşam saatlarında Elmin yenidən mübahisə etməyə başlamış, mübahisə zamanı Elmin onun boyun nahiyəsindən tutmuş, başını qapının küncünə vurmuş, və evdə olan güldanı onun üzərinə atmışdır. Şəxs cəzalandırılmasını xahiş edir. Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Cavanşir küçəsində yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs döymüş, bundan başqa Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mingəçevir Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 1097 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidik nümunəsində narkotik vasitə əlamətləri aşkar edilmişdir. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2024-cü il tarixli Cinayət işiniun başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində AR İXMnin 157 və 206-cı maddələri ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Bərdə Rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə nənəsi Zərərçəkmiş şəxs döymüş və narkotik vasitə qəbul etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyib belə qənaətə gəlir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 157 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün qismən etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, zərər çəkmiş şəxsin izahatı, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 34.3-cü maddəsinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Qeyd edilməlidir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə saat 00 15 -da Bərdə Rayon Polis Şöbəsinə dəvət edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 08 oktyabr 2024-cü il tarixdən saat 1500-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 08 oktyabr 2024-cü il tarixdən saat 1500-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1126/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1126/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver