Məhkəmə qərarları › İş №3(021)-1128/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1128/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1128/2024 14.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Bərdə RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis leytenantı X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, orta təhsilli, Bərdə şəhəri ünvan 1-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə mmüəyyən etdi: Şəxs xx.xx.2024-ci il tarixdə idarə etdiyi VAZ 21063 minik **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılıb yoxlanılarkən onun idarə etdiyi nəqliyyat vasitəsini bir il ərzində təkrar sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nini 333.2 maddəsində nəzərdə tutulan, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində Azərbaycan Respublikasının İXM-nin 333.1-maddəsi nəzərdə tutulmuş xətanı təkrar törədərək inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis leytenantı X5 inzibati xəta haqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs VAZ 21063 minik **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən saxlanılmış, ondan kəskin spirtli içki gəldiyindən müayinə edilərək sərxoş vəziyyətdə avtomobil idarə etməsi müəyyən edilmişdir. Məlum olmuşdur ki, Şəxs inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində inzibati xətanı təkrar törətmişdir. Barəsində xx.xx.2024-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, VAZ 21063 minik **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərə baxış zamanı hərəkətləri ilə şübhə doğurduğundan YPX əməkdaşları tərəfindən şöbəyə gətirilərək, onu həkim müayinəsinə aparmışlar. Həkim müayinə etdikdən sonra verdiyi akta əsasən məlum olmuşdur ki, o, alkoqol sərxoşluğu ilə avtomaşını idarə edirmiş. Tərtib edilmiş protokola qarşı hər hansı narazılığı olmamışdır. Hal-hazırda əməlindən peşmandır və gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən ona daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs VAZ 21063 minik **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs VAZ 21063 minik **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 333.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. İş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-ci il tarixli 1352 saylı aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan seriya AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1962-ci il tarixdə Bərdə şəhərindıə anadan olmuşdur, Bərdə şəhəri ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X3 X4 X1 X6 Müayinə Göndərilmə barədə protokoldan görünür ki, Şəxs kəskin spirtli içki gəldiyindən müayinə edilərək sərxoş vəziyyətdə avtomobil idarə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunumş xx.xx.2019-cu il tarixli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs əməli özünün səmimi etiraf ifadəsindən başqa işdə toplanmış sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin xəta hadisəsinə görə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlində səmimi peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İXM-nin 333.1. maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 333.2. maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 97.2. maddəsinə əsasən nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən, inzibati xətanın ictimai təhlükəlik dərəcəsini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikasının İXM-nin 333.2 maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40,43,48-51,114- 115,117 və 128,130 maddələrini rəhbər tutaraq , məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.2 maddəsi ilə təqsirli bilinib inzibati qaydada nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar