Məhkəmə qərarları › İş №3(021)-113/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-113/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-113/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Şəxs Qardaşxan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs Qardaşxan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş 27.02.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qardaşxan oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40.0 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs Qardaşxan oğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və onlardan işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İşə əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Qardaşxan oğlu 27.02.2020-ci il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40.0 manat məbləğində cərimə olunmuş, 6.0 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs Qardaşxan oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l d ı: xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Daşkəsən rayonu H/Hissə-191 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yevlax 7 saylı RQİŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar