Məhkəmə qərarları › İş №3(021)-1131/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1131/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1131/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə Rayon Yol Patrul inspektoru X1 Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, Bərdə Rayon Yol Patrul inspektoru X1 23 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Bərdə Rayon Yol Patrul inspektoru X5 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X5 23 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. 23 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi Ford Fusion markalı, **-DY-*** dövlət nömrə nişanlı avtomobillə şəhər istiqamətinə hərəkət edən zaman Bərdə şəhəri Bakı küçəsi LUKOİL yanacaq doldurmasının yaxınlığında arxadan gələn BMV markalı, 540 dövlət nömrə nişanlı avtomobil saxlama işarəsi verdi, o, avtomobildən aşağı düşərək nə üçün saxlanıldığını öyrənərkən yol polis əməkdaşları bildirdi ki, güya X5 yol xətdini tapdalamış və Müşahidə Kamerasına düşmüşdür. X5 bildirmişdir ki, əgər kamera görüntüsünə düşmüşdürsə yəqinki cərimə elektron qaydasında ünvana gələcəkdir, bundan sonra hər hansı bir protokol tərtib edilmədi, həmin patrul əməkdaşı X2 ad və soyadını soruşmuş və yoluna davam etməsini bildirmişdir. X5 həmin əməkdaşa, sonradan adını bildiyi Vüsal adlı yol polis əməkdaşından onunla hər hansı bir işi olub olmadığını soruşmuş və sonra avtomobilə oturub yoluma davam etmişdir. Təxminən 15-20 dəqiqə sonra X2 mobil telefonuna SMS Radar tədbiqinə mesaj gəlmiş və mesajda 60 manat və 3 bal cərimə olunduğunu görmüşdür. Bundan başqa qeyd edir ki, əgər Müşahidə Kamerasına düşmüş olsaydı ona Elektron qaydada foto-video formatında cərimə gələrdi və cərimə atası Aqil Səfərəliyevin adına gəlməli idi, belə ki,axırıncı sürmək üçün vəkalət onun adınadır. SMS Radar tədbiqində heç bir foto-video görüntüsü olmamışdır. Həmin vaxt yanında dostu olmuşdur. Telefonuna SMS radar cəriməsinin gəldiyini görən dostu onun pis olduğumu görərək X3 demədən protokolun nömrəsini götürərək öz mobil telefonundan həmin cəriməni ödəmişdir. X5 bunu biləndən sonra öz narazılığını bildirmiş və DYP-nin əməkdaşlarının qanunsuz yazmış olduqları protokolun və qərarın ləğv edilməsinə dair Bərdə Rayon Məhkəsinə şikayət etməyi qərara almışdır. Yuxarıda yazılanlara nəzər almaqla foto və video görüntülərin olmadığına görə bu cür qanuna zidd hərəkətlərlə vətəndaşların hüquqlarının pozulmasının qarşını almaq məqsədi ilə, həmin protokola ödənilən pulun geri qaytarılması və bala görə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokol və qərarla razı deyildir. Bərdə Rayon Yol Patrul inspektoru X1 23 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Sözü gedən qərarın tamailə əsassız və qanunsuzdur. Belə ki, həmin qərardan xəbəri olmamışdır. Hesab edir ki, qırarın ləğv olunması üçün yetərincə əsaslar vardır. Məhkəmə iclasında Bərdə Rayon Yol Patrul inspektoru X4 bildirdi ki, X5 23 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi Ford Fusion markalı, **-DY-*** dövlət nömrə nişanlı Bərdə şəhər Bakı küçəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X5 tərəfindən verilmiş şikayət düzgün əsaslandırılmamış, iş materiallarına yetərincə sübutlar əlavə edilməmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-ci maddələri ilə 60 (altmış) manat cərimə edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə olduğu halda məhəmə hesab edir ki, Bərdə Rayon Yol Patrul inspektoru X4 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar