Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1134/2023 28.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayon Lənbəran kəndində anadan olmuş, Bərdə rayon Lənbəran kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)- 2287/2019 nömrəli icra sənədi üzrə Şəxs X2 7900 manat aliment borcu yaranmışdır. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 nömrəli icra sənədi üzrə Şəxs X2 7900 manat aliment borcu yaranmışdır. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, barəsində olan cinayət işi ilə əlaqədar həbsxanada olmuşdur. Həbsxanadan fevral ayından çıxmışdır. Ödəniş qəbzlərini məhkəməyə təqdim edərək bildirdi ki, post terminal vasitəsilə cəmi 300 manat ödəniş etmişdir. Həmçinin zərərçəkmiş şəxsə 900 manat pulu əlbəəl ödədiyini və mobil telefonunda göndərişi göstərərək 700 manat ödəniş etdiyini bildirdi. “Bolt” taksi xidmətində işə düzəldiyini bildirdi və hər gün 15- 20 manat ödənişlər edir. Məhkəmədən protokolun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 bildirdi ki, Şəxs tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Məhkəmədən protokolun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon İcra Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, müxtəlif vaxtlarda post terminal vasitəsilə cəmi 300 manat ödəniş edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirmişdir ki, 700 manat pulu əlbəbəl ödəmişdir. Bununla yanaşı mobil telefonunda 900 manat ödənilməsinin göndəriş şəklini məhkəmə iclas zalında göstərmişdir. İcra məmuru tərəfindən həmin ödənişlərin nə qədər təşkil etməsi araşdırılmamış, zərərçəkmiş şəxsin bununla bağlı izahatı alınmamışdır. İcra mənuru isə buna heç bir aydınlıq gətirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1134/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1134/2023
28.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver