Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1134/2024 18.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, Tərtər rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından X1 tərəfindən verilmiş verilmiş şikayəti və əlavə etdiyi sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: X1 məhkəməyə şikayət verərək, barəsində olan Tərtər rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X1 tərəfindən barəsində şikayət verilmiş qərar şikayətə əlavə olunmadığından şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Tərtər rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından X1 tərəfindən verilmiş verilmiş şikayət geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1134/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1134/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver