Məhkəmə qərarları › İş №3(021)-1136/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1136/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1136/2024 17.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuş, evli, Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 38-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 333-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16 oktyabr 2024-cü il tarixdə sürücülük hüququ əsasında idarə etdiyi “X5 Rover” minik markalı **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən saxlanılmış, müəyyən edilmişdir ki, o, nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərdi ki, təxminən 15 gün əvvəl Bakı şəhərində toy məclisində iştirak etmiş və həmin vaxt psixotrop maddə olan metamfetamindən istəfadə etmişdir. 16 oktyabr 2024-cü ildə xalası qızına məxsus, sürücülük hüququ əsasında idarə etdiyi “X5 Rover” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən DYPB-nin əməkdaşları onu saxlamış və avtomobili psixotrop maddədən istifadə etməklə idarə etdiyini müəyyən etmişlər. Avtomobili idarə etməsi üçün etibarnaməsi olmamışdır. Səhvini başa düşür, əməlindən peşimandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru X2 göstərdi ki, 16 oktyabr 2024-cü il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən Şəxs idarə etdiyi “X5 Rover” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, məlum olmuşdur ki, sonuncunun sürücülük hüququ olsa da avtomobili idarə etməsi üçün etibarnaməsi yoxdur. Şəxs gözləri qızarmasından şübhələnərək onu həkim müayinəsindən keçirmiş və məlum olmuşdur ki, sonuncu avtomobili narkotik vasitədən istifadə etməklə idarə edir. İş materiallarında olan: 16 oktyabr 2024-cü il tarixli 1136 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 16 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs sürücülük hüququ əsasında nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə protokol tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında 16 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin: 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar