Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1138/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X9, Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, 08 sentyabr 1986-cı il tarixdə Bərdə rayonu, Məmmədli kəndində doğulmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan barəsində inzibati icraat X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 İsa Lətif oğlunu və X4 əmək müqaviləsi bağlamadan işə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.000 ( üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 izahat verərək bildirmişdir ki, sözügedən qərar ləğv edilməlidir. Belə ki, sözügedən protokol və qərar əsassız yazılıb. Belə ki, X2 Bərdə şəhəri, H.Əliyev prosoektində “Sizin köşk” adlı obyekti vardır. Belə ki, onun Namiq Səmədli adlı rəsmi işçisi vardır. 24 iyun 2023-cü il tarixdə Namiq Səmədlinin işi çıxdığı üçün oğlu İsmayıl Səmədlini öz yerində müvəqqəti qoymuşdur. Bundan başqa X10 adlı işçi ilə də 08 iyun 2023-cü il tarixdə müqavilə bağlamış, lakin portalda ləngimə yarandığı üçün müqavilə sistemdə nəzərə alınmamışdır. Həmçinin qolu sınmış və işləyə bilmədiyi üçün portala davamlı olaraq baxa bilməmişdir. Müqavilə 14 iyun 2023-cü il tarixdə sistemdə öz əksini tapmalı olduğu halda sistemdə adı qeyd olunmamışdır. Bütün bu yanlış anlaşılmalarla barəsində qanunsuz protokol tərtib olunmuş və protokol əsasında qərar qəbul olunaraq X3 cərimə yazılmışdır. X6 bildirmişdir ki, obyektində qanunsuz işçi işlətməmişdir, lakin, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazmışlar. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraata aparılan X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X13 izahatında bildirdi ki, onlar toplanmış sübutlarla X6 barəsində qərar qəbul etmişlər. Mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş bildirişin surətindən görünür ki, barəsində inzibati icraat aparılan X6 barəsində gedən inzibati araşdırılma ilə bağlı məlumatlandırılmış və həmin bildirişə imza etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə müəyyən olundu ki, barəsində inzibati icraat aparılan X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Belə ki, X2 təqsiri özünün ifadəsi və eləcə də müvafiq inzibati araşdırma materialları ilə təsdiq edilir. Belə ki, məhkəmədə X6 bildirdi ki, işçisi Namiq Səmədli ilə əmək müqaviləsi bağlamadan 10 gün çox işləyib. Lakin əmək müqaviləsini sonradan bağlayıb. Odur ki, hazırki şikayət barəsində məhkəmə qeyd edir ki, həmin şikayəti inzibati icraat aparılan şəxs, inzibati cəriməni ödəməkdən azad olunmaq məqsədilə vermişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 24 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1138/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1138/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver