Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1138/2024 17.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X5 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs Sərxan qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunda anаdаn оlmuş, Ağcabədi rayon Poladlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsində 16 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Təhqiqata Bölməsində çıxarılmış qərara əsasən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib olunub. Onun barəsində 102 xidmətinə dəfələrlə zəng vurulub, məlumat verilib. O, içki içir, söyüş söyür, təhqir edir. Qaynanasıgilə gedib şüşəni sındırıb qaynanasını döyüb. Problemli ailədirlər. Ailəsinə baxmır, yardım eləmir. Qaynar xəttə olunan müraciətlərə əsasən şəxsi polis bölməsinə zəng vasitəsi ilə dəvət etsələr də çağırışlara gəlmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, qaynansıgil ona zəng edib onu təhqir edirlər. Onların evinə gedəndə qışqır bağır salırlar. Hadisə günü uşağını görmək üçün getmişdir. Mübahisə zamanı dirsəyi Zərərçəkmiş şəxs Sərxan qızının burnuna dəymişdir. O, onları döyməmiş və xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Sərxan qızı bildirdi ki, gecə yatarkən Şəxs pəncərədən gəlib evə baxırdı. Bunu qızı görmüşdür. O, sonra qapını vuraraq içəri girmiş, əli ilə şüşəni vurub qırmışdır. Qızını aparıb döyür, təhqir edir. Hadisə günü onun burun nahiyyəsinə vurmuşdur. Hazırda onunla barışmamışdır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ TB-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən qəbul edilmiş 06 oktyabr 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki; Bərdə rayonu Təhlə kəndində yaşayan X8 xx.xx.2024-cü il tarixdə saat 01:35 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, hal-hazırda keçmiş ərinin onu və anasını döyməsi həmçinin özünə xəsarət yetirməsi barədə məlumat vermişdir. Həmin müraciət PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair 1 saylı kitabın 3853-cü sırasında qeydə alınmışdır. Bərdə rayonu Təhlə kəndində yaşayan Zərərçəkmiş şəxs Sərxan qızı xx.xx.2024-cu il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində keçmiş kürəkəni Merahimin onun yaşadığı evə gələrək onu və qızı Vüsaləni döyməsi barədə məlumat vermişdir. Ağcabədi rayonu Poladlı kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində qaynanası Zərərçəkmiş şəxs Sərxan qızının evində qonaq olduğu müddətdə, Zərərçəkmiş şəxs əlində olan alətlə onu vuraraq döydüyünü və ona xəsarətlər yetirdiyini bildirmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ağcabədi rayonu Poladlı kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Bərdə rayon Təhlə kəndində yaşayan qaynanası Zərərçəkmiş şəxs Sərxan qızının yaşadığı evin həyətinə daxil olaraq həmin ünvanda yaşayan arvadı X3 öz evinə aparmaq istəmiş, lakin, Vüsalə Əzimova sonuncu ilə getmədiyindən aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs qaynanası Zərərçəkmiş şəxs döyərək, sonuncuya burun kökü üzərinin səthi əzilmiş yarası, sol bazu nahiyyəsinin orta 1/3-nin ön bayır səthinin, sağ süd vəzinin üst səthinin qançırı, sol xarici qulaq seyvanının ön səthinin, sol budun orta 1/3-nin ön səthinin sıyrıqları ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. X2 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət izləri aşkar edilməmişdir. Bu səbəbdən həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməli və inzibati icraatın açılmasından imtina edilmişdir. Şəxs qaynanası Zərərçəkmiş şəxs Sərxan qızı tərəfindən döyülərək xəsarət yetirməsi ilə bağlı sonuncunun məhkəmə tibbi ekspertizasından keçməməsi səbəbindən həmin xüsusat üzrə xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş və inzibati icraatın açılmasından imtina edilmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Materiala əlavə edilmiş, məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 754 nömrəli rəyindən görünür ki, vət. X2 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət izləri aşkar edilməmişdir. Materiala əlavə edilmiş, məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 753 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Sərxan qızının məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilən xəsarətlər-burun kökü üzərinin səthi əzilmiş yarası, sol bazu nahiyyəsinin orta 1/3-nin ön bayır səthinin, sağ süd vəzinin üst səthinin qançırı, sol xarici qulaq seyvanının ön səthinin, sol budun orta 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın təsirindən törədilmişdir, törədilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağamlığın pozulmasına səbəb olmayan xəsarət olmadığından dərəcəsi təyin edilmir. Materiala əlavə edilmiş məhkəmə tibb ekspertizasından alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində birliyin Bərdə rayon şöbəsindən tibbi müayinədən keçməmişdir. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Sərxan qızı inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:50-də inzibati qaydada tutulmuşdur. Bərdə RPŞ-nin İTB-nin sahə rəisi Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №2078879 nömrəli protokolda göstərilmişdir ki, Səfərov X4 Xeyrə Sərxan qızını döymüşdür. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs Sərxan qızı oğlunu döymüşdür. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 20 (iyirmi) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə qeyd edir ki, Şəxs 16 oktyabr 2024-cü il tаrixdə saat 01:50–dən tutulduğundan inzibati həbsdə saxlamanın əvvəli 16 oktyabr 2024-cü il tаrixdən, saat 01:50–dən hesablanmalıdır. İXM-in 30.3-cü maddəsinə əsasən İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 oktyabr 2024-cü il tаrixdən, saat 01:50–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1138/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1138/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver