Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1139/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi, Yol Patrul Xidməti Alayının 13-cü taqımın komandiri polis kapitanı X7, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Qullar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Yol Patrul Xidməti Alayının 13-cü taqımın komandiri polis kapitanı X13 tərəfindən 04 iyul 2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:30 radələrində "X17" Azərbaycan Respublikasının qanununun 33-cı maddəsinin, İ hissəsinin 4-cü bəndinin tələblərini pozaraq, sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "T28 X4" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 33-cü kilometrliyində, yolun istifadəyə verilməmiş hissəsi ilə 20 km\saat sürətlə hərəkətdə olarkən yolun istifadəyə verilmiş hissəsi ilə "X17" Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin, İV hissəsinin tələblərini pozaraq yolun sol hissəsinin kənarı istiqamətində yolu kəsib, yolun istifadəyə verilmiş hissəsi ilə Yevlax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan sürücü X3 idarə etdiyi "Mercedes-Benz E200 minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxaraq avtomobillə toqquşmuş, nəticədə X2 gözyuvası üstü və təpə nahiyəsinin əzilmiş yaraları, sağ gicgah nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə Yüngül xəsarət alması və Gəray Ələkbərzadəyə məxsus "Mercedes-Benz E200 minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək deformasiyaya uğrayıb maddi ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Yol Patrul Xidməti Alayının 13-cü taqımın komandiri polis kapitanı X13 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:30 radələrində "X17" Azərbaycan Respublikasının qanununun 33-cı maddəsinin, İ hissəsinin 4-cü bəndinin tələblərini pozaraq, sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "T28 X4" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 33-cü kilometrliyində, yolun istifadəyə verilməmiş hissəsi ilə 20 km\saat sürətlə hərəkətdə olarkən yolun istifadəyə verilmiş hissəsi ilə "X17" Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin, İV hissəsinin tələblərini pozaraq yolun sol hissəsinin kənarı istiqamətində yolu kəsib, yolun istifadəyə verilmiş hissəsi ilə Yevlax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan sürücü X3 idarə etdiyi "Mercedes-Benz E200 minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxaraq avtomobillə toqquşmuş, nəticədə X2 gözyuvası üstü və təpə nahiyəsinin əzilmiş yaraları, sağ gicgah nahiyəsinin sıyrığı ilə müaşəyət olunan dərəcəsinə görə Yüngül xəsarət alması və Gəray Ələkbərzadəyə məxsus "Mercedes-Benz E200 minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək düformasiyaya uğrayıb maddi ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisənin baş verməsində onun günahı olmamışdır. Dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlə üzrə istintaq və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə X11 xəsarət alaraq Bərdə rayon Diaqnoztika Mərkəzinə müraciət etmiş, həmin məlumat əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 08:30 radələrində sürücü Şəxs "X17" Azərbaycan Respublikasının qanununun 33-cı maddəsinin, İ hissəsinin 4-cü bəndinin tələblərini pozaraq, sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "T28 X4" markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı traktorla Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 33-cü kilometrliyində, yolun istifadəyə verilməmiş hissəsi ilə 20 km\saat sürətlə hərəkətdə olarkən yolun istifadəyə verilmiş hissəsi ilə "X17" Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin, İV hissəsinin tələblərini pozaraq yolun sol hissəsinin kənarı istiqamətində yolu kəsib, yolun istifadəyə verilmiş hissəsi ilə Yevlax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan sürücü X3 idarə etdiyi "Mercedes-Benz E200 minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxaraq avtomobillə toqquşmuş, nəticədə X2 gözyuvası üstü və təpə nahiyəsinin əzilmiş yaraları, sağ gicgah nahiyəsinin sıyrığı ilə müaşəyət olunan dərəcəsinə görə Yüngül xəsarət alması və Gəray Ələkbərzadəyə məxsus "Mercedes-Benz E200 minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək düformasiyaya uğrayıb maddi ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci, 332.1-ci, 332.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Qeyd edilən maddələrdən 332.4-cü maddə yüksək hədd olduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, X8 və Baxış MMC-nin xx.xx.2023-cü il tarixli Qüsur X1 hadisə zamanı idarə etdiyi "Mercedes-Benz E200 minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol- nəqliyyat hadisəsi zamanı işçi qüvvəsi xərcləri ilə birlikdə 4419 (Dörd min dörd yüz on doqquz) manat zərər dəyməsi göstərilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon Bərdə rayonu YPX-nin baş inspektoru X10 tərəfindən tərtib edilmiş 04 iyul 2023-cü il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli 613 nömrəli aktından məlum olur ki, sürücü Şəxs avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 391 nömrəli rəyindən məlum olmuşdur ki, X5 bədənində aşkar edilmiş xəsarətlərsağ bazu və sağ dirsək oynaq nahiyələrinin sıyrıqları-küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İnzibati işin materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 395 nömrəli rəyindən məlum olmuşdur ki, X4 bədənində aşkar edilmiş xəsarətlərsağ gözyuvası üstü və təpə nahiyəsinin əzilmiş yaraları, sağ gicgah nahiyəsinin sıyrığı-küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İnzibati işin materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 396 nömrəli rəyindən məlum olmuşdur ki, X19 bədənində aşkar edilmiş xəsarətlərsol dirsək oynağının bayır səthinin sıyrığı-küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İnzibati işin materiallarına əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2 3814-2023 nömrəli məktubdan müəyyən edilmişdir ki, X6 BC 170 25 saylı -BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-cü il tarixə kimi, Şəxs BC 257 910 saylı -BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə verilmişdir. Ələkbərzadə Gǝray Azay oğlunun və Şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddələrində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1139/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1139/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver