Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1140/2024 18.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Bərdə RPŞ-nin sahə rəis polis mayoru X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X5 iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci mаddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 18 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X6 ptorokolu müdafiə edərək bildirdi ki, Şəxs mütəmadi olaraq Zərərçəkmiş şəxs döyür.Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs vurmamış və döyməmişdir. Həmçinin ərizə təqdim edərək bildirdi ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə qarşısında söz veriri ki, bir daha Zərərçəkmiş şəxs narahat etməyəcəkdir. İnzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Şəxsla əvvəllər qeyri-rəsmi olaraq ailəli olmuşdur. Şəxs spirtli içki alüdəçisidir və hal hazırda Elnurla birlikdə yaşamır. Buna baxmayaraq Elnur mütəmadi olaraq onun yaşadığı evin qarşısına gələrək onu narahat edir. O, Elnurun barəsində mütəmadi olaraq DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Elnur onun yaşadığı evin qarşısına gələrək onu söyüb təhqir etmişdir. Sonra isə o, Elnurun cavabını verən zaman Elnur onun baş nahiyəsindən yumruqla vuraraq xəsarət yetirmişdir. Buna görə də, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin məhkəməyə ərizə verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 tərəflər barışdığına görə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki; Bərdə rayonu Zümürxan kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024- cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı ərzidə əvvəl qeyri rəsmi yaşadığı Elnur Məhhərəmovun onu döyməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Şəxs ilə qeyrirəsmi olaraq birlikdə yaşamışdırlar. Lakin Şəxs spirtli içki alüdəçisi olduğuna görə aralarında olan münasibət pozulmuş və sonradan Şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə həbs edilmişdir. Hal-hazırda Şəxs azadlıqda olduğuna görə, Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onu narahat etmişdir. Şəxs, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onu söyüb təhqir etmiş və baş nahiyəsindən yumruqla vurmuşdur. Araşdırma gedişatında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs baş və qulaq nahiyəsindən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Materiala əlavə edilmiş MTE-nin PA Birliyinin xx.xx.2024-cü il tarixli 789 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri- sol çənə bucağı nahiyəsinin sıyrıqları, sol xarici qulaq seyvanının arxa səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda götərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, sağlamlığa zərər vurmayan xəsarət olmadığından dərəcəsi təyin edilməmişdir. Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında ” qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyrək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını və ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1140/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1140/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver