Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1141/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə Rayon Yol Patrul inspektoru X1, Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, Bərdə Rayon Yol Patrul inspektoru X1 09 iyun 2023-cü il tarixli, EQ 14985759 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Bərdə Rayon Yol Patrul inspektoru X3 tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, EQ 14985759 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X1 09 iyun 2023-cü il tarixli, EQ 14985759 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd olunan qərarda buna əsas kimi göstərilmişdr ki, X4 09 iyun 2023-cü il tarixdə saat 16:12 radələrində Bərdə şəhər, Ü.Hacıbəyov küçəsində yolun kənərında dayandığına əsaslanaraq ona cərimə tətbiq edilmişdir. Halbuki həmin vaxt o, özünü narahat hiss etdiyi üçün, avtomobilini yolun kənərında saxlamaq məcburiyyətində qalmış və qanunu olaraq qəza işığını yandırmışdır. Özü isə də avtomobili tərk etməmişdir. Lakin ona avtomobilini tərk etməməyini nəzərə almayaraq ona qanunsuz olarq cərimə tətbiq edilmişdir. Daha sonra Bərdə rayonu DYPB-nin tərəfindən barəmdə 09 iyun 2023-cü il tarixli EQ 14985759 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokol və qərarla razı deyildir. Bərdə Rayon Yol Patrul inspektoru X1 09 iyun 2023-cü il tarixli, EQ 14985759 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Sözü gedən qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qərardan xəbəri olmamışdır. Hesab edir ki, qərarın ləğv olunması üçün yetərincə əsaslar vardır. Məhkəmə iclasında Bərdə Rayon Yol Patrul inspektoru X3 bildirdi ki, X4 09 iyun 2023-cü il tarixdə saat 16:12 radələrində Bərdə şəhər, Ü.Hacıbəyov küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X4 tərəfindən verilmiş şikayət düzgün əsaslandırılmamış, iş materiallarına yetərincə sübutlar əlavə edilməmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli, EQ 14985759 saylı qərardan görünür ki, X4 09 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli, EQ 14985759 saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə olduğu halda məhəmə hesab edir ki, iş materiallarında olan fotoşəkillərlə də X2 əməlində Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan Bərdə Rayon Yol Patrul inspektoru X3 tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, EQ 14985759 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1141/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1141/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver