Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1142/2023 13.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, X4 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP №5109801 saylı protokolundan və xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə baxaraq , məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP №5109801 saylı protokolun və xx.xx.2023-ci il tarixli EQ №14164839 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospektində VAZ 2107 minik **-BG-*** dövlət nişanlı maşına Bərdə rayonu yol patrul xidməti inspektoru X6 ona İXP №5109801 saylı inzibati xəta haqqında protokol, EQ №14164839 saylı qərar yazaraq İXM-nin 327.1-ci maddəsilə barəmdə inzibati xəta törədilməsi barədə protokol tərtib etməklə qərar qəbul etmişdir. Belə ki, o, yolu ilə getdiyi halda arxadan sol krelinə vurmuşdur. Günahkar da özü çıxmışdır. O, anlaya bilmir ki, ara məsafəsi saxlamayıb arxadan onun idarə etdiyi avtomobilini vuran sürücü necə haqlı ola bilər? Barəsində tərtib edilən protokol və qərarla razı deyil. Protokol və qərar əsaslı yazılmayıb. Belə ki, belə bir protokolun yazılmasından məlumatı olmayıb. X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Bərdə rayon Bölməsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Bərdə rayon Bölməsinin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə baxaraq belə nəticəyə gəlir ki, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP №5109801 saylı protokolundan və xx.xx.2023-ci il tarixli EQ №14164839 saylı qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X4 həmin şikayətinə heç bir sübut əlavə etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, protokola baxışa münasibətdə məhkəmə predmeti deyil. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP №5109801 saylı protokolundan və xx.xx.2023-ci il tarixli EQ №14164839 saylı qərarından X2 verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP №5109801 saylı protokolundan və xx.xx.2023-ci il tarixli EQ №14164839 saylı qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın . Qərardan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1142/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1142/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver