Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1144/2023 25.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00900/00006 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, inzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli, 00900/00006 nömrəli qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində İXM-nin 483cü maddəsinin "Qeyd" hissəsinin tələbləri nəzərə alınmaqla 20000 (iyirmi min) manat məbləğində valyutanın 50 (əlli) faizi, yəni 10000 (on min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi, inzibati tənbeh vermə haqqında qərar qəbul edilən tarixdən 180 gün müddətinə ixrac edilmiş malların dəyəri 132483.33 (bir yüz otuz iki min dörd yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları və yaxud 225221,66 (iki yüz iyirmi beş min iki yüz iyirmi bir manat altmış altı qəpik) AZN məbləğində valyuta vəsaitinin xaricdən geri qaytarılmasına nəzarət Gəncə Gömrük İdarəsinin Yevlax Gömrük postuna həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ünvan 2 ünvanında qeydiyyatda olan X5 (VÖEN: **********) tərəfindən 04.01,2019-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək 27 (iyirmi yeddi) gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyəri olan 132483.33 (bir yüz otuz iki min dörd yüz səksən üş dollar otuz üç sent) ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olunduğu tarixdən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırki iş üzrə cavabdeh - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli, 00900/00006 saylı qərarı ilə 10 000 (on min) manat cərimə edilməsi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən məhsulu xarici ölkələrə ixrac etsə də, məhsulun dəyərini pandemiya və sərhədlərin bağlanması səbəbindən bu günədək ala bilməmişdir. Belə olan halda onsuz da ona külli miqdarda ziyan dəymişdir. Ziyana düşməyi bir yana, hazırki qərarla əlavə olaraq 10 000 (on min) manat inzibati cərimə olunmağı, iflas həddində olan maddi vəziyyətinə daha da mənfi təsir edər. Dəfələrlə aidiyyǝti üzrə ixrac etdiyi məhsulunun dəyərinin geri qaytarılması üçün müracitələr etsə də, hələ də pulunu geri qaytara bilməmişdir. Belə ki, ixrac etdiyi məhsullar əsasən Rusiya və Ukrayna dövlətlərinə göndərilmişdir. Orada isə hazırda müharibə davam etdiyindən göndərdiyi məhsulların dəyərini geri ala bilməmişdir. Hətta bu barədə məhkəmədə iddia qadırmaq istəsə də, müharibə şəraiti ilə bağlı bunu edə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə - İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclası barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 iştirak edərək şikayət ərizəsini müdafiə etdiyini və məhkəmədən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X2 iştirak edərək şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, 16795151 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 – xx.xx.1982-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, ünvan 3-da qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli, 00900/00006 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, vəzifəli şəxs X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin Qeyd hissəsinin tələbləri nəzərə alınmaqla 20000 (iyirmi min) manat məbləğində valyutanın 50 faizi həddində, yəni 10 000 (on min) manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. İnzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli, 00900/00006 nömrəli qərardan görünür ki, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ünvan 3 ünvanında qeydiyyatda olan X5 (VÖEN **********) tərəfindən xx.xx.2019-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək 27 (iyirmi yeddi) gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyəri olan 132483.33 (bir yüz otuz iki min dörd yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olunduğu tarixdən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində başlanılmış 11000-02146/23 saylı iş üzrə toplanılmış materiallar aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə, Gömrük və Vergi organlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Bərdə rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə cinayət təqibinə xitam verilmiş ve xx.xx.2023-cü il tarixli, i-15 nömrəli məktubu ilə toplanmış materiallara inzibati qaydada baxılmasından ötrü Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilmişdir. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə uyğun olaraq qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən Gəncə Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli, xx/xx/005180 qeydiyyat nömrəli məktub ünvanlanmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 00900- 00005/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı idxalixrac əməliyyatları ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac tənzimlənməsi Qaydaları"-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, 00900/00006 nömrəli qərarla X5 İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 000 manat məbləğində inzibati cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00900/00006 nömrəli qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. AR.İXM-in 483-cü maddəsində qeyd edilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Qaydaların 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunması qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü Maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində İXM-in 483-cü maddəsinin tərkibinin olması səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq səlahiyyətli orqan, yəni Gəncə Gömrük İdarəsi tərəfindən fərdi sahibkar X5 barəsində İXM-in 483-cü maddəsi ilə 21 iyun 2023-cü il tarixli 00900/00006 saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, əgər İXM-in 483-cü maddəsi ilə xəta törədilsə belə X5 (VÖEN: **********) tərəfindən 04.01,2019-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək 27 (iyirmi yeddi) gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyəri olan 132483.33 (bir yüz otuz iki min dörd yüz səksən üş dollar otuz üç sent) ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olunduğu tarixdən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməsə də inzibati xətanın törədildiyi vaxtdan 1 illik müddət keçmişdir, beləliklə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir və ixrac edilən mallara görə valyuta vəsaitinin geri qaytarılması üçün 180 günlük müddətin müəyyən edilməsi həmin xətanın davamedici olmadığını və 180 günlük müddətin sonrakı gününü inzibati xətanın törədildiyi vaxt hesab edildiyini nəzərə alaraq həmin müddətdən 1 il keçdikdən sonra fiziki və ya hüquqi, habelə vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilməsinin və dolayısı ilə şəxslərin inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi ilə məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi İXM-də nəzərdə tutulduğundan məhkəmə X3 şikayətini haqlı hesab edir və səlahiyyətli orqanın nümayəndəsinin İXM-in 483-cü maddəsində göstərilən inzibati xətanın davam edici olması ilə razılaşmır. Burada ən vacib məqam Yaqub Hidayətov barəsində inzibati tənbehin səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra tətbiq edilməsidir ki, bu da şəxs barəsində qəbul edilmiş qərarın ləğvinə, şəxsin inzibati məsuliyyətdən azad edilməsinə və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə səbəb olur. Göründüyü kimi, X3 əməlində inzibati xəta tərkibi olduğunu göstərən heç bir mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Beləliklə, X3 əməlində İXM-in 483-cü maddəsində göstərilən inzibati xəta tərkibinin olması və onun həmin inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilməmişdir. Məhkəmə inzibati tənbehvermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqanın nəzərinə xüsusilə çatdırır ki, barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş X5 öz təqsirsizliyini sübut etməyə borclu deyil. Belə ki, İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni zamanda həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, X5 tərəfindən İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən X3 təqsirli olması barədə şübhələr də onun xeyrinə həll edilərək X5 təqsirsiz hesab edilməlidir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, inzibati tənbeh isə xətanın törədilməsindən uzun illər sonra tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 tərəfindən X5 barəsində İXM-in 483-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00900/00006 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1144/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1144/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver