Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1144/2025 26.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Ş/V: AZE №********, xx.xx.1978-ci il tarixdə ünvan 2ində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 2ində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən 26 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)-2879/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 15000 manat əsas, 200 manat vəkilə ödənilmiş pul və 13 manat dövlət rüsumu alınaraq X6 ödənilməlidir. İcra sənədi üzrə müvafiq olaraq icraata başlanılmşdır. İcra səndinin icrası ilə bağlı tərəflərə məlumat göndərilmiş, borclu Şəxs borcun könüllü ödməsi üçün bildiriş göndərilmişdir. Borclu icra sənədini könüllü icra etmədiyi üçün borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə sorğular verilmiş, lakin borclunun mülkiyyətində borcu yönəldilə biləcək əmlaklar aşkar olunmamışdır. Keçən müddət ərzində icra tədbirləri zamanı borclunun barəsində axtarış qərarı qəbul edilmiş, məhkəmənin qərardadı ilə borclunun ölkədən ketmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış və barəsində inzibati protokollar tətib olunaraq məhkəməyə verilmiş, məhkəmənin qərarları ilə barəsində inzibati həbs tənbehləri tətbiq edilmişdir. Hazırda icra sənədi üzrə borclunun tələbkara 15213 manat borcu yaranmış və borcun ödənilməsini təmin etməmişdir. Tələbkar borcun ödənilməsini tələb edir. Lakin borclu borcun ödənilməsindən yayınmış və icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədi üzrə borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. İşi ilə əlaqədar Bakı şəhərində yaşayır. Anası xəstədir, bundan başqa arvadı ankoloji xəstədir. Xəstəxanaya yeni yatırılmışdır. Arvadına köçürülməsi məqsədi ilə qohumlarından qan alınması üçün Bərdə rayonuna gəlmişdir. Bərdə rayonunda onu barəsində olan axtarış ilə əlaqədar saxlayaraq Bərdə rayon İcra və probasiya şöbəsinə təhvil vermişlər. İcra sənədi üzrə borcun ödənilməsindən imtina etmir və maddi imkanı olmadığından hazırda da ödəniş edə bilmir. Fərdi əməklə məşğul olur və borcu ödəyəcəkdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, borclu Şəxs valideyni, həmçinin arvadı xəstədir. Onların səhhətində olan narahatçılıqlarla əlaqədar borcu hazırda ödəyə bilmir. Borclu Şəxs borcun ödənilməsindən imtina etmir. Hazırda himayəsində olan anası və arvadı ilə birlikdə Bankı şəhərində yaşayır və fərdi əməklə məşğul olur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Onun təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə olunması icra sənədinin icrasına zəmin vermir. Əlavə olaraq ona borc yaranır. Həbs olunacağı təqdirdə isə himayəsində olan xəstə anası və arvadı həbs müddətində kimsəsiz qalacaqlar. Odur ki, borclu Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Quliyev X3 Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati materiala əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş; Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)-2879/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 15000 manat əsas, 200 manat vəkilə ödənilmiş pul və 13 manat dövlət rüsumu alınaraq X6 ödənilməlidir. xx.xx.2023-cü il tarixli (icraata başlama haqqında) Qərardan görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)-2879/2023 saylı icra sənədi üzrə icraata başlandıldığı bildirilmiş və könüllü olaraq tələbi ödəməsi üçün 10 gün müddət verilmişdir. xx.xx.2023-cü il tarixli (tələbin könüllü icrası haqqında) Bildirişdən görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)-2879/2023 saylı icra sənədi üzrə yaranmış borcu könüllü olaraq ödəməsi üçün 10 gün müddət verilmişdir. xx.xx.2023-cü il tarixli Xəbərdarlıqlardan görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)-2879/2023 saylı icra sənədi üzrə tələbi qısa müddət ərzində ödənilməsi, ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-811/2023 saylı qərardadından görünür ki, icra məmuru X1 xx.xx.2023-cü il tarixli təqdimatına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli Qərarından (borclunun axtarışı haqqında) görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-68/2-1820/2024 saylı məktubundan (məlumatından) görünür ki, Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsində 301030 saylı axtarış işi açılmışdır. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli Qərarından (borclunun axtarışı haqqında) görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-68/2-19178/2024 saylı məktubundan (məlumatından) görünür ki, Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsində 301201 saylı axtarış işi açılmışdır. Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədi üzrə Şəxs yaşadığı ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, lakin gündəlik tələbata uyğun əmlakdan başqa üzərinə həbs qoyulacaq heç bir əmlak aşkar edilməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il taixli, 3(021)-733/2024 saylı qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)- 2879/2023 saylı və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)-2475/2023 saylı icra sənədləri üzrə tələbləri könüllü təmin etmədiyindən barəsində 8 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli Qərarından (borclunun axtarışı haqqında) görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 68/2-49770/24 saylı məktubundan (məlumatından) görünür ki, Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsində 301486 saylı axtarış işi açılmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il taixli, 3(021)-1224/2024 saylı qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)- 2879/2023 saylı və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, e-2(021)-2475/2023 saylı icra sənədləri üzrə tələbləri könüllü təmin etmədiyindən barəsində 15 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli Qərarından (borclunun axtarışı haqqında) görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-68/2-41272/2025 saylı məktubundan (məlumatından) görünür ki, Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2025-ci il tarixdə Bərdə rayon polis şöbəsində 300431 saylı axtarış işi açılmışdır. AZE №******** seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1978-ci il tarixdə ünvan 2ində doğulmuşdur, ünvan 2i ünvanda qeydiyyatdadır. Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2025-ci il tarixli, MN №2327094 nömrəli protokoldan görünür ki, borclu Şəxs icra sənədinə əsasən 15213 manat kredit borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs il ərzində inzibati tənbeh almasına baxmayaraq icra sənədi üzrə borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və təkrar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 1000 manat müddətinə inzibаti cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1144/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1144/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver