Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1145/2023 21.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin 12 iyun 2023-cü il tarixli № 01400/04995 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açiq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət verərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin 12 iyun 2023-cü il tarixli № 01400/04995 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000,00 iyirmi min) manat məbləğində valyutanın dəyərinin 50 (ǝlli) faizi, yəni 10000,00 (on min) manat nəbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası vətəndaşı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan - X4 (VÖEN: **********) 2021-ci ildə 34 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 198230,00 ABŞ dolları (336991,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına (köçürülməməsi ilə bağlı Şimal Ərazi Baş Gömrük idarəsində araşdırma aparılmışdır. Materialin araşdırılması zamanı X4 tərəfindən Şimal Ərazi Baş Gömrük idarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan vəsaitin müvəkkil bankda olan hesaba köçürülüb-köçürülməməsi ilə bağlı Şimal Ərazi Baş Gömrük idarəsi Gömrük Əməliyyatları idarəsi Gömrük Prosedurları sorğu verilmiş və cavab olaraq 2021-ci ildə 34 gömrük bəyannaməsi üzrə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan 198230,00 ABŞ dolları (336991,00 manat) məbləğində vəsaitindən 21 mrük bəyannaməsi üzrə 132170,00 ABŞ dolları (224689,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Hesab edirə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli, 01400/04995 saylı qərarı ilə 10.000 AZN manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, kənd təsərrüfatı məhsullarını xarici ölkələrə ixrac etsə də, məhsulun dəyərini Pandemiya və sərhədlərin bağlanması səbəbindən bu günədək ala bilməmişdir. Belə olan halda onsuz da ona külli miqdarda ziyan dəymişdir. Ziyana düşməyi bir yana, hazırki qərarla əlavə laraq 10 000 (on min) manat inzibati cərimə olunmağı, iflas həddində olan maddi vəziyyətinə də mənfi təsir edər. Dəfələrlə aidiyyiti üzrə ixrac etdiyi məhsulunun dəyərinin geri qaytarılması üçün müracitələr etsə də, hələ də pulunu geri qaytara bilməmişdir. Həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərini pozmuşdur. Protokolu və aktı tərtib etmiş əməkdaşlar da məsələyə qeyri-obyektiv və birtərəfli yanaşaraq, bu sənədlər əsasında da hazırda mübahisələndirdiyi inzibati xəta üzrə qərarlar qəbul olunmuşdur. Bununla da, onun iştirakı olmadan protokol, daha sonra isə bu əsasla qərar qəbul edilmişdir. X2 şikayətə uyğun izahat verərək, şikayətin təmin olunmasını, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin 12 iyun 2023-cü il tarixli № 01400/04995 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 07257506 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 – xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin 12 iyun 2023-cü il tarixli № 01400/04995 saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000,00 (iyirmi min) manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000,00 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X4 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 132170,00 ABŞ dolları (224689,00 manat) məbləğində vəsaiti onun barəsində qəbul olunmuş qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin etməsi qərara alınmışdır. **********2900 saylı xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, X4 (VÖEN **********) tərəfindən Rusiya Federasiyasına ümumi 12180 USD dəyərində mal ixracatı etmişdir. Bank Respublika ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 786/23 saylı Arayışdan görünür ki, fərdi sahibkar X3 (VÖEN **********) adına olan AZ45BRES******************** sayli cari USD hesabina xx.xx.2021- ci il tarixdə **********2900 YGB uzrə 12180 USD vəsait daxil olmuşdur. **********7966 saylı xx.xx.2021-ci il tarixli, **********8862 saylı xx.xx.2021-ci il tarixli, **********9306 saylı xx.xx.2021-ci il tarixli, **********0373 saylı xx.xx.2021-ci il tarixli, **********0995 saylı xx.xx.2021-ci il tarixli, **********1000 saylı xx.xx.2021-ci il tarixli, **********1974 saylı xx.xx.2021-ci il tarixli, **********2457 saylı xx.xx.2021-ci il tarixli, **********2799 saylı xx.xx.2021-ci il tarixli, **********3374 saylı xx.xx.2021-ci il tarixli, **********4143 saylı xx.xx.2021-ci il tarixli, **********4266 saylı xx.xx.2021-ci il tarixli, **********4361 saylı xx.xx.2021-ci il tarixli, **********5125 saylı xx.xx.2021-ci il tarixli, **********6961 saylı xx.xx.2021-ci il tarixli, **********6966 saylı xx.xx.2021-ci il tarixli, **********8754 saylı xx.xx.2021-ci il tarixli, **********7005 saylı xx.xx.2021-ci il tarixli, **********9026 saylı xx.xx.2021-ci il tarixli, **********0058 saylı xx.xx.2021-ci il tarixli Gömrük Bəyannamələrindən görünür ki, X4 (VÖEN **********) tərəfindən Ukrayna Respublikasına cəmi 133965 USD dəyərində mal ixracatı etmişdir. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində qeyd edilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Qaydaların 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunması qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü Maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X4 (VÖEN **********) tərəfindən Rusiya Federasiyasına ümumi 12180 USD dəyərində mal icracatı etmişdir. Fərdi sahibkar X3 (VÖEN **********) adına olan AZ45BRES******************** sayli cari USD hesabına xx.xx.2021-ci il tarixdə **********2900 YGB uzrə 12180 USD vəsait daxil olmuşdur. Göründüyü kimi X4 **********2900 saylı xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi üzrə ixrac etdiyi malın müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmişdir. **********7966 saylı xx.xx.2021-ci il tarixli, **********8862 saylı xx.xx.2021-ci il tarixli, **********9306 saylı xx.xx.2021-ci il tarixli, **********0373 saylı xx.xx.2021-ci il tarixli, **********0995 saylı xx.xx.2021-ci il tarixli, **********1000 saylı xx.xx.2021-ci il tarixli, **********1974 saylı xx.xx.2021-ci il tarixli, **********2457 saylı xx.xx.2021-ci il tarixli, **********2799 saylı xx.xx.2021-ci il tarixli, **********3374 saylı xx.xx.2021-ci il tarixli, **********4143 saylı xx.xx.2021-ci il tarixli, **********4266 saylı xx.xx.2021-ci il tarixli, **********4361 saylı xx.xx.2021-ci il tarixli, **********5125 saylı xx.xx.2021-ci il tarixli, **********6961 saylı xx.xx.2021-ci il tarixli, **********6966 saylı xx.xx.2021-ci il tarixli, **********8754 saylı xx.xx.2021-ci il tarixli, **********7005 saylı xx.xx.2021-ci il tarixli, **********9026 saylı xx.xx.2021-ci il tarixli, **********0058 saylı xx.xx.2021-ci il tarixli Gömrük Bəyannamələrinə əsasən X4 (VÖEN **********) tərəfindən Ukrayna Respublikasına cəmi 133965 USD dəyərində mal icracatı etsə də, ixrac etdiyi malların müqabilində vəsaitlərin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmək iqtidarında deyildir. Belə ki, Gömrük Bəyannamələrindən görünür ki, X4 mal ixracını Ukrayna Respublikasına etmişdir. Ukrayna Respublikasında 24 fevral 2022-ci il tarixdə müharibə başladığından həmin ixrac olunmuş malların dəyərinin malı ixrac etmiş şəxslərdən alınıb geri qaytarılması mümkün deyildir. Sadalanlardan belə nəticəyə gəlmək olar ki, X4 bu vəziyyətdə ixrac etdiyi malların dəyərinin ölkəyə geri qaytarılmasını təmin edə bilməz. Yuxarıda gösərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 əməlində İXM-in 483-cü maddəsində göstərilən inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə inzibati tənbehvermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqanın nəzərinə xüsusilə çatdırır ki, barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş X4 öz təqsirsizliyini sübut etməyə borclu deyil. Belə ki, İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni zamanda həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törədilməsi sübuta yetirilmədiyindən X3 təqsirli olması barədə şübhələr də onun xeyrinə həll edilərək X4 təqsirsiz hesab edilməlidir. Bundan başqa, əgər İXM-in 483-cü maddəsi ilə xəta törədilsə belə X4 (VÖEN: **********) tərəfindən **********7966 saylı xx.xx.2021-ci il tarixli, **********8862 saylı xx.xx.2021-ci il tarixli, **********9306 saylı xx.xx.2021-ci il tarixli, **********0373 saylı xx.xx.2021-ci il tarixli, **********0995 saylı xx.xx.2021-ci il tarixli, **********1000 saylı xx.xx.2021-ci il tarixli, **********1974 saylı xx.xx.2021-ci il tarixli, **********2457 saylı xx.xx.2021-ci il tarixli, **********2799 saylı xx.xx.2021-ci il tarixli, **********3374 saylı xx.xx.2021-ci il tarixli, **********4143 saylı xx.xx.2021-ci il tarixli, **********4266 saylı xx.xx.2021-ci il tarixli, **********4361 saylı xx.xx.2021-ci il tarixli, **********5125 saylı xx.xx.2021-ci il tarixli, **********6961 saylı xx.xx.2021-ci il tarixli, **********6966 saylı xx.xx.2021-ci il tarixli, **********8754 saylı xx.xx.2021-ci il tarixli, **********7005 saylı xx.xx.2021-ci il tarixli 18 (on səkkiz) gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyəri olan vəsaiti mallar bəyan olunduğu tarixdən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməsə də inzibati xətanın törədildiyi vaxtdan 1 illik müddət keçmişdir, beləliklə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir və ixrac edilən mallara görə valyuta vəsaitinin geri qaytarılması üçün 180 günlük müddətin müəyyən edilməsi həmin xətanın davamedici olmadığını və 180 günlük müddətin sonrakı gününü inzibati xətanın törədildiyi vaxt hesab edildiyini nəzərə alaraq həmin müddətdən 1 il keçdikdən sonra fiziki və ya hüquqi, habelə vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilməsinin və dolayısı ilə şəxslərin inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi ilə məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi İXM-də nəzərdə tutulduğundan məhkəmə X3 şikayətini haqlı hesab edir və səlahiyyətli orqanın nümayəndəsinin İXM-in 483-cü maddəsində göstərilən inzibati xətanın davam edici olması ilə razılaşmır. Burada ən vacib məqam X4 barəsində inzibati tənbehin səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra tətbiq edilməsidir ki, bu da şəxs barəsində qəbul edilmiş qərarın ləğvinə, şəxsin inzibati məsuliyyətdən azad edilməsinə və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə səbəb olur. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən X4 barəsində İXM-in 483-cü maddəsi ilə qəbul edilmiş 12 iyun 2023-cü il tarixli № 01400/04995 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1145/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1145/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver