Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1146/2025 07.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 noyabr 2025-ci il tarixdə Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP №0256393 nömrəli inzibati xəta haqqında protokol tətib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən 42400,00 Avro məbləğində vəsait bank vasitəsi ilə 19 oktyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 42400,00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 20 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin “Elektron” informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC ********** saylı VÖEN-ə malik olmaqla vergi orqanında qeydiyyata alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli, ZB №2592 saylı məktubdan, ona əlavə edilmiş cədvəl və ödəniş tapşırığından görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən “X5.Tic.Ltd.Şti” xeyrinə 42400,00 Avro məbləğində ödəniş aparılmışdır. xx.xx.2023-cü il tarixli, 20231004-3 nömrəli Fakturadan görünür ki, Şəxs MMC “X5ayi Ticarət Limited Şrkəti”ndən 42400,00 Avro dəyərində 1 ədəd Alfamıll 5XPRO CNC Milling Machine almışdır. xx.xx.2024-cü il tarixli, Gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC “X5ayi Ticarət Limited Şrkəti”ndən 42400,00 Avro ödəməklə 1 ədəd Alfamıll 5XPRO CNC Milling Machine alması bəyan edilmişdir. Qoşma vərəqəsində malın daşınması üzrə xərcləri 100 USD (170 manat) vəsait ödədiyi qeyd edilmişdir. Ödəniş tapşırığı №**********7257 görünür ki, Şəxs MMC ödənişlər siyahısı üzrə mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları üzrə 400 manat, idxal gömrük rüsumu 0 manat, Əlavə dəyəri vergisi 13534,66 manat, Gömrük məqsədləri üçün məlumatların gömrük orqanlarının informasiya sistemində etibarlı, dayanaqlı və fasiləsiz təqdim edilməsi işinin təşkili xidməti haqqı 60 manat, Gömrük məqsədləri üçün məlumatların gömrük orqanlarının informasiya sisteminə etibarlı, dayanıqlı və faziləsiz təqdim edilməsi işinin təşkili xidməti üzrə ƏDV 10,80 manat, Dəbblər (dəbbə pulu) 11,15 manat ödənişlər etmişdir. Şəxs MMC-nin təsisçi direktoru X4 tərəfindən Bakı Baş Gömrük İdarəsinə yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X4 xx.xx.2025-ci il tarixədək ona möhlət verilməsi barədə məlumat vermişdir. Şəxs MMC-nin təsisçi direktoru X4 tərəfindən "xxxx" ASC-yə yazılmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə “X5ayi Ticarət Limited Şrkəti” ilə müqavilə bağlayaraq həmin şirkətin hesabına 42400,00 Avro ödəyərək 1 ədəd Alfamıll 5XPRO+V2.0 DENTAL MİLLİNG MACHİNE alması, lakin həmin avadanlığın Bakı Baş Gömrük İdarəsinin saxlanılması, saxlanılma səbəbinin isə, avadanlığın kodunun onların istehsal müəssisəsinin fəaliyyət sahəsinə uyğun gəlməməsinin olması, həmin avadanlığın kodu tibbi avadanlıq kodu olaraq qeyd edildiyindən və avadanlığın istifadəsi üçün İSO Sertifkatı tələb olunduğundan və “X5ayi Ticarət Limited Şrkəti”-nin isə sertifkatı mövcud olmadığından avadanlığın Bakı Baş Gömrük İdarəsinin saxlanma anbarıdan çıxarılması mümkün olmaması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş 14 noyabr 2025-ci il tarixli, EP №0256393 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 42400,00 Avro məbləğində vəsait bank vasitəsi ilə 19 oktyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 42400,00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bunla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 42400,00 Avro məbləğində xarici valyutada olan vəsait xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, 2 il keçsə də həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və Şəxs MMC-nin həmin valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin 25% dəyəri həcmində inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 42400,00 Avro valyuta vəsaiti məbləğinin 25 (iyirmi beş) faizi miqdarında - 8480 Avro, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə) 16112 (on altı min bir yüz on iki) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Farman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1146/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1146/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver