Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1147/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1959-cu il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bərdə rayon Soğanverdilər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2023-cü il tarixdə Bərdə rayon Soğanverdilər kəndində, aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis kapitanı X10 izahatında göstərdi ki, 06 iyun 2023-cü il tarixdə Bərdə rayon Soğanverdilər kəndində yaşayan X3 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs onu təhqir edərək sözlə hədələdiyini bildirmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 06 iyun 2023-cü il tarixdə Bərdə rayon Soğanverdilər kəndində, aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Həmin şəxslər arasında olan dava şəxsi münasibətlər zəmnində baş vermiş, qısa müddətli olmuş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Bərdə rayon Soğanverdilər kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Bərdə rayon Soğanverdilər kəndində xüsusi mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı **********05 reyestr nömrəli torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə qonşuluqda Bərdə rayon Soğanverdilər kəndində yaşayan Şəxs məxsus 0,14 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi Şəxs xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Şəxs 2017-ci il tarixdə özünə məxsus 0, 14 ha torpaq sahəsindən 160 kvm torpaq sahəsini Bərdə rayon Soğanverdilər kəndində yaşayan X1. 16 yanvar 2023-cü il tarixdə o, sözügedən torpaq sahəsini xüsusi mülkiyyət olaraq adına keçirmişdir. Lakin, buna baxmayaraq Sahib və onun ailə üzvləri həmin torpaq sahəsindən istifadə etməyinə mane olaraq onunla münaqişələr etmişlər. Həmçinin, Şəxs tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Bərdə rayon polis Şöbəsinə müraciət etmiş və polis şöbəsinin İstintaq bölməsində hal-hazırda bununla bağlı araşdırma aparılır. 06 iyun 2023cü il tarixdə saat 12 radələrində sözügedən torpaq sahəsində təmizlik işləri aparmaq üçün həmin yerə getmişdir. Həmin vaxt Sahib, Sahibin arvadı Rahidə, Sahibin qardaşı Amil, Sahibin qardaşı oğlu Fərid, Sahibin bacısı Təranə adlı şəxslər onun yanına gələrək heç bir səbəb olmadan ünvanına kobud ifadələr işlədərək üzərinə gəlmişlər. Həmin şəxslərlə aralarında mübahisə yaranmış və mübahisə zamanı Sahib, Amil və Fərid adlı şəxslər yumuruqla onun baş nahiyyəsinə və sinə nahiyyələrinə vurmuşlar. Daha sonra Sahib şalvarının arxa cibindən bıçaq çıxardaraq üzərinə gəlmiş və həmin bıçaqla sinə nahiyyəsinə xəsarət yetirmişdir. Bu zaman Sahibin arvadı Rahidə Sahibi sakitləşdirərək kənara aparmışdır. Lakin, o, həmin şəxslərlə dava-dalaşı etməyərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə 5-6 dəqiqə ərzində baş vermiş, hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. O, Rahidəni, Sahibi, Amili, Fəridi, Təranəni söyüb təhqir etməmiş, hədələməmiş və həmin şəxsləri vurmamışdır. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Bərdə rayon Soğanverdilər kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Bərdə rayon Soğanverdilər kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır və sonuncunun etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində 0, 14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi vardır. 2017-ci il tarixdə həmin torpaq sahəsindən 160 kvm torpaq sahəsini həmkəndlisi X2. Əfgər Qurbanov ona satdığı 160 kv m torpaq sahəsini öz adına sənədləşdirmişdir. Lakin, buna baxmayaraq Zərərçəkmiş şəxs Əfgər Qurbanova satdığı 160 kvm torpaq sahəsinin ona məxsus olduğunu deyərək onunla münaqişələr etmişdir. 06 iyun 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsinin yanına gəlmiş və Elçinlə arvadı Rahidənin arasında mübahisə olduğunu görmüşdür. Həmin vaxt Elçinin əlində bel olmuş və sonuncu Rahidəni sözlə hədələdiyi üçün onunla aralarında mübahisə yaranmış və mübahisə zamanı bacısı Təranə, qardaşı Amil və qardaşı oğlu Fərid onları sakitləşdirmiş və onlar həmin yerdən uzaqlaşmışdır. Lakin, həmin vaxt onun əlində bıçaq olmamış və bıçaqla Elçinə xəsarət yetirməmişdir. Hadisə 3-5 dəqiqə ərzində baş vermişdir.O, Amil və Fəridin Elçinlə aralarında dava-dalaş olmamış və Elçini vurmamışlar. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Bərdə rayon X12 Təhlükəsizlilk Bölməsinin təhqiqatçısı polis mayoru X7 tərəfindən qəbul edilmiş 19 iyun 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon X12 Təhlükəsizlilk Bölməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən müəyyən edilir ki, 06 iyun 2023-cü il tarixdə Bərdə rayon Soğanverdilər kəndində, aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi qeyd edilsədə, hazırki iş üzrə, protokol düzgün tərtib olunmamışdır. Belə ki, həmin şəxslər arasında olan dava şəxsi münasibətlər zəmnində baş vermiş, qısa müddətli olmuş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt heç bir ictimai qayda pozulmaması qeyd edilmişdir. Lakin məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, həmin vaxt Sahib, Sahibin arvadı Rahidə, Sahibin qardaşı Amil, Sahibin qardaşı oğlu Fərid, Sahibin bacısı Təranə adlı şəxslər onun yanına gələrək heç bir səbəb olmadan ünvanına kobud ifadələr işlədərək üzərinə gəlmişlər. Həmin şəxslərlə aralarında mübahisə yaranmış və mübahisə zamanı bir neçə nəfər onun üstünə düşmüş və döymüşdür. Belə olan halda həmin şəxslərin əməlinə nə Bərdə Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin təhqiqatçısı polis mayoru X7 tərəfindən qəbul edilmiş 19 iyun 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarda, nədə Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis kapitanı X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs əməlində inzibati xəta tərkibinin nədən ibarət olması, həmin tərkib olduğu təqdirdə onun hansı sübutlarla təsdiq edilməsi göstərilməmişdir. Aparılmış inzibati araşdırılma zamanı inzibati araşdırılma çərçivəsində barəsində inzibati icraat aparılan şəxs və zərərçəkmiş şəxsin ziddiyyətli izahatları alınmış və başqa hər hansısa bir əlavə araşdırılma aparılmamışdır. Halbuki “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” 19 iyun 2023-cü il tarixdə qəbul edilsə də, hazırki iş üzrə inzibati xəta haqqında protokol 10 iyul 2023-cü il tarixdə tərtib edilmişdir. 21 gün ərzində hansı inzibati araşdırılmanın aparılması müəyyən olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Bərdə rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1147/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1147/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver