Məhkəmə qərarları › İş №3(021)-1147/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1147/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1147/2024 29.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, AYNA Qarabağ Rİ-nin inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi üzrə Şəxs xx.xx.2024-cü il saat 11:53 radələrində Bərdə rayon Bakı küçəsində keçirilən reyd zamanı Şəxs idarə etdiyi Qazel markalı ** BS *** DQN-lı avtomobili ilə qeyri-qanuni yükdaşıma fəaliyyəti gəstərdiyi aşkar olunaraq saxlama əmrinə tabe olmamışdır. Məhkəmə iclasında AYNA Qarabağ Rİ-nin ispektoru X2 göstərdi ki, Şəxs xx.xx.2024cü il saat 11:53 radələrində Bərdə rayon Bakı küçəsində keçirilən reyd zamanı Şəxs idarə etdiyi Qazel markalı ** BS *** DQN-lı avtomobili ilə qeyri-qanuni yükdaşıma fəaliyyəti gəstərdiyi aşkar olunaraq saxlama əmrinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Saxla əmrini o, xidməti maşınla Şəxs idarə etdiyi Qazel markalı ** BS *** DQNlı avtomobilin arxasınca irəliləyən zaman uzaq-yaxın işıq istifadə etməklə icra etmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, ona saxlama əmri verilməmişdir. Maşın saxlanmamış, maşına baxış keçirilməmişdir. Onun idarə etdiyi Qazel markalı ** BS *** DQN-lı avtomobilin arxasından uzaq-yaxın işıq istifadə edilməsi ona məlum olmuşdur. Lakin həmin işıqlardan istifadənin hansı xarakter daşıdığı ona məlum olmamışdır. Daha sonra həmin avtomaşın ötmə əməliyyatı edərək onun qarşısına keçərək ondan uzaqlaşmışdır. Hesab edir ki, saxlama əmrinin verilməsi ona məlum olmamışdır. Lakin protokolda onun qanunsuz yükdaşıması göstərilmişdir. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə istinadən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən olunur ki, Şəxs müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi halı sübuta yetirilməmişdir. İş materiallarına əsasən tərəflərin izahatının təsdiqi olaraq müəyyən olunur ki, həqiqətən sözügedən nəqliyyat vasitəsinin foto görüntüsü avtomaşının arxa hissəsini əks etdirir. Bununla da, saxla əmrinin qanunauyğunluğu və mane olma halı təsdiqin tapmır. Göstərilən səbəblərdən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinməyərək, İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar