Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1150/2024 25.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X4, zərərçəkmiş şəxslər X1, X5 və X6, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin vəkili X7 iştirakı ilə, xx xxxx 1965-ci ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qarayusifli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə Bərdə rayon Mal bazarında nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə rayon Mal bazarında alverlə məşğuldur. Bazarda əvvəldən xalxalı (mal-qara saxlamaq üçün yer) var. Bərdə rayon Mal bazarının müdiri Zülfü müəllim ona məxsus xalxalı ondan alaraq başqa şəxsə vermişdir. xx.xx.2024-cü ildə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. xx.xx.2024-cü ildə toy şənliyinə getmiş, orada yemək yeyib 200 qram araq içmiş, toydan çıxdıqdan sonra Zülfü müəllimə zəng edərək xalxalını qaytarmasını tələb etmiş, telefonda bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Zülfü müəllim polisə şikayət etdiyindən onu Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. İçkili olduğundan polis şöbəsində ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu intizama dəvət etsələr də, onların tələblərinə tabe olmamışdır. Səhvini başa düşür, törətdiyi əməlindən peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, Şəxs xx.xx.2024-cü ildə Bərdə rayon Mal bazarında nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozduğundan Bərdə RPŞ-nə gətirilmiş, sonuncu polis şöbəsində nalayiq ifadələr işlətdiyindən polis əməkdaşları onu intizama dəvət etmiş, Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alpout kəndində yerləşən “Mal Bazarı”nda xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq Şəxs sərxoş halda onun mobil telefonuna zəng vuraraq ünvanlı, ünvansız nalayiq ifadələr ilə söyüb təhqir etdiyini, ölümlə hədələdiyini və görüşə dəvət etdiyini bildirmişdir. Həmin şəxsin yaşadığı ünvana yaxınlaşıb özlərini təqdim edib, Şəxs Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonuncu polis şöbəsinin inzibati binasında uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyi üçün ona İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu izah edərək nizam-intizama dəvət etmişlər. Şəxs onu polis şöbəsinə gətirdiklərininə görə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonuncuya polis şöbəsinin inzibati binasında olduğunu və özünü nizam-intizamlı aparmağını izah etsələr də, Şəxs onların qanuni tələblərinə tabe olmamışdır və barəsində inzibati protokol tərtib olunacağını bildirdikdə qaçmağa cəhd göstərərək polis əməkdaşlarına əl-qol hərəkətləri etmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin məsul növbətçisi X10 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin Növbətçi köməkçisi Rusif Məmmədov ilə xidmətdə olarkən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şamxal Piriyev və polis baş leytenantı X18 rayonu Alpout kəndində yerləşən “Mal Bazarı”nda Şəxs ictimai yerdə ünvanlı, ünvansız nalayiq ifadələr işlətdiyi üçün polis şöbəsinə dəvət etmişlər. Şəxs polis şöbəsinin xidməti fəaliyyətinə mane olaraq uca səslə səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Sonuncuya barəsində inzibati protokol tərtib ediləcəyini bildirərkən polis əməkdaşlarına əl-qol hərəkətləri edərək, polisin qanuni tələbinə tabe olmayaraq, qaçmağa cəhd göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin məsul növbətçi köməkçisi X11 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin məsul növbətçisi Azər Zeynalovla xidmətdə olarkən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şamxal Piriyev və polis baş leytenantı X18 rayonu Alpout kəndində yerləşən “Mal Bazarı”nda Şəxs ictimai yerdə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyi üçün polis şöbəsinə dəvət etmişlər. Şəxs polis şöbəsinin xidməti fəaliyyətinə mane olaraq uca səslə səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Sonuncuya barəsində inzibati protokol tərtib ediləcəyini bildirərkən polis əməkdaşlarına əl-qol hərəkətləri edərək, polisin qanuni tələbinə tabe olmayaraq, qaçmağa cəhd göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında materiala əlavə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında davamlı olaraq, ucadan dilə gətirilməsi utanc hissi doğuran nalayiq ifadələr işlədir. Polis əməkdaşları onu intizama dəvət etsələr də, polis əməkdaşlarının tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Şəxs İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, zərərçəkmiş şəxslərin ifadələri, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 34.3-cü maddəsinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 24 oktyabr 2024-cü il tarixli 21816 nömrəli aktdan görünür ki, Şəxs ağır dərəcə sərxoşluq əlaməti olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs inzibati xətaları sərxoş vəziyyətdə törətmiş, Bərdə RPŞ-nin əməkdaşları Şəxs qanunsuz hərəkətlərini dayandırmağı tələb etmələrinə baxmayaraq, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq özünün qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. İXM-nin: 33.1.1-ci maddəsinə görə, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 33.1.7-ci maddəsinə görə, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 1935-də inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən saat 1935-dən hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən saat 1935-dən hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1150/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1150/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver