Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1151/2024 18.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 və Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ X13 şikayət verərək, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X13 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən bazarda bitki dərmanları və toxum mağazası işlədir, sahibkardır. 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları işlətdiyi mağazaya gələrək növbədənkənar yoxlama aparacaqlarını bildirmişlər. Bölmənin əməkdaşlarına növbədənkənar yoxlama aparmaları üçün səbəblərinin olub-olmamasını soruşmuş, onlar ona cavab vermişlər ki, şikayət əsasında yoxlama aparırlar. Bölmənin əməkdaşlarından şikayət edən şəxsin kimliyini soruşsa da məxvi olduğunu demişlər. Yoxlama zamanı mağazanın vitrinindən deyil, vitrinin aşağı hissəsindən 3 ədəd müddəti keçmiş dərman preparatı aşkar edərək götürmüşlər. O həmin dərmanları vaxtı keçdiyi üçün satışdan çıxararaq (yəni vitrindən götürərək) vitrinin aşağı hissəsinə qoymuşdur. Həmin dərmanlar işlənmiş preparatlar olub və vaxtı keçdiyi üçün satışdan çıxarmışdır. Bu barədə bölmənin əməkdaşlarına deyəndə onlar onun dediklərinə məhəl qoymamışlar və barəsində 16 oktyabr 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edərək 1500 manat cərimə olunmağı barədə qərar qəbul etmişlər. O, qeyd edilən qərarla razı deyil. Məhkəmə iclasında iştirak edən X11 Əsəd oğlu şikayəti müdafiə edərək qeyd etmişdir ki, bölmənin əməkdaşları vitrinin aşağı hissəsindən 3 ədəd vaxtı keçmiş dərman preparatı aşkar edərək götürmüş və ona cərimə yazmışlar. Halbuki, həmin preparatları vitrinin aşağı hissəsinə satmaq üçün qoymamışdır. Buna görə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X7 şikayətçinin obyektində yoxlamanın müvafiq vətəndaş şikayəti üzrə aparıldığını və şikayətçinin mağazasında digər aidiyyatı dövlət orqanlarının əməkdaşları ilə birlikdə agentlik tərəfindən yoxlama-monitorinq tədbirlərinin keçirildiyini və nöqsanlar aşkar edildiyini, bu haqda müvafiq sənədlərdə qeydiyyat aparıldığını qeyd edərək sənədlərin surətini məhkəməyə təqdim etdi və məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Qida X3 Regional X2 barəsində qəbul etdiyi 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1958-ci ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin QRB-424/2024 saylı 16 oktyabr 2024-cü il tarixli Yoxlamanın nəticələri üzrə qərarından görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən fiziki şəxs X10 məxsus sahibkarlıq subyektində aparılan yoxlama zamanı sahibkar tərəfindən “Qida təhlükəsizliyi haqqında” Qanunun 17ci maddəsinin və “İsehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 6-cı maddəsinin tələblərinin pozulması aşkar edilmiş və bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün sahibkara 30 gün müddət müəyyən edilmişdir. İş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, satış mağazasında yararlılıq müddəti bitmiş, markalanması və etiketlənməsi qanunvericiliyin tələblərinə uyğun olmayan məhsullar aşkarlanmış, çalışan işçilərin tibbi müayinə kitabçası mövcud deyil, gigiyenik təlimlərə cəlb edilməyib, buna görə də vəzifəli şəxs X13 İXM-nin 447.0.2, 447.0.3 və 220.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 03 oktyabr 2024-cü il tarixli, 3-44-5/2-2279/2024 nömrəli vəzifəli şəxs X10 ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2024-cü il tarixli KY242184166 nömrəli Çıxarışa və X4 X12 rəisinin xx.xx.2024-cü il tarixli, QRB-424 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən vəzifəli şəxs X10 məxsus Bitki dərmanları və toxum satışı mağazasında keçirilən dövlət nəzarəti zamanı AR İXM-in 220.2, 447.0.2 və 447.0.3-cü maddələri ilə vəzifəli şəxs X13 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 61.3-cü maddəsinə əsasən həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün 16 oktyabr 2024-cü il tarixdə saat 14:30da AQTA X12nə gəlməsi zəruridir və iş üzrə ona bütün sübutların təqdim edilməsi təklif edilir. İşdə olan AQTA X12 tərəfindən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vəzfəli şəxs X10 məxsus obyektdə çalışan işçinin tibbi müayinə kitabçası mövcud deyil, mağazada yararlılıq müddəti bitmiş və markalanması və etiketlənməsi qanunvericiliyin tələblərinə uyğun olmayan məhsullar aşkarlanmışdır. Bu fakt xx.xx.2024-cü il tarixli baxış protokolu ilə təsdiq edilir. Bununla da vəzifəli şəxs X13 İXM-in 220.2, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 02 oktyabr 2024-cü il tarixli çıxarışa və AQTA X12nin 02 oktyabr 2024-cü il tarixli QRB- 424/2024 saylı yoxlamanın aparılması haqqında qərarına əsasən Bərdə rayonu, Güloğlular kəndində yerləşən fiziki şəxs X10 məxsus sahibkarlıq obyektində plandankənar yoxlamanın aparılması qərara alınmışdır. İşdə olan AQTA-nın əməkdaşları və mağaza sahibi X13 tərəfindən imzalanmış QRB- 424/2024 saylı xx.xx.2024-cü il tarixli yoxlama aktının və xx.xx.2024-cü il tarixli qida obyektinə baxışın keçirilməsinə dair aktın, habelə AQTA və digər qurumlarının əməkdaşlarının və mağaza sahibi X8 iştirakı ilə tərtib edilərək imzalanmış xx.xx.2024 və xx.xx.2024-cü il tarixli pestisid və aqrokimyəvi maddə satışı müəssisələrinin saxlanma sahələrinin yoxlama anketlərinin və xx.xx.2024-cü il tarixli pestisid və aqrokimyəvi maddələrin satış yerinə baxış keçirilməsi haqqında aktın surətindən görünür ki, X10 məxsus satış mağazasında məhsullar qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun qablaşdırılmayıb və markalanmayıb. Bununla da “Qida təhlükəsizliyi haqqında” Qanunun 17-ci maddəsinin tələbləri pozulmuşdur. Bitki dərmanları və toxum satışı mağazasında saxlama müddəti (yararlılıq müddəti) ötmüş məhsullar aşkarlanmışdır və onlar satışda olan mallarla bir yerdə saxlanılır. Bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa çalışan şəxslərin ilkin və dövri olaraq tibbi müayinədən keçmələri haqqında olan sənədlər yoxlayıcıya təqdim edilməmişdir, çalışan şəxsər gigiyenik təlimlərə cəlb edilməmişdir, havalandırma sistemi yalnız təbii yolla həyata keçirilir, öz-özünə avtonom mexaniki havalandırma sistemi quraşdırılmayıb, döşəmə və divar səthləri hamar və su sızdırmayan deyil, yuyucu vasitələrin təsirinə qarşı davamlı şəkildə quraşdırılmayıb, stabil su təminatı, ilk yardım çantası, ehtiyat qoruyucu geyimlər mövcud deyil, preparatlar birbaşa döşəmə üzərində yerləşir, dərman və toxum məhsullarının üzərində azərbaycan dilində etiketlənmə mövcud deyil, preparatların dövlət qeydiyyatından keçməsi haqda şəhadətnamənin surəti mövcud deyil. AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Taleh Şəmiyev tərəfindən AQTA-nın X12nin rəisi Nicat Quliyevə ünvanladığı “Çağrı Mərkəzi”nə daxil olmuş şikayət barədə Xidməti məktubun surətindən görünür ki, X15 AQTA-nın “Çağrı Mərkəzi”nə daxil olmuş 2024-cü il 15 mart tarixli şikayətində Güloğlular kəndində yerləşən təzə bazarın içərisində fəaliyyət göstərən Orucov Siyasət adlı şəxsdən aldığı 3 ədəd 1 litrlik “Dagro Fins” və 400 qramlıq “Cowboy” əmtəə nişanlı bitki mühafizə vasitələrini taxıl sahəsinə tətbiq etdikdən sonra keyfiyyətsiz təsir göstərməsini bildirmişdir. Buna görə məktubda sadalanmış məsələlərin araşdırılması və nəticəsi barədə məlumat təqdim edilməsi xahiş edilir. İşdə olan AQTA X12nin rəisinə vətəndaş X15 tərəfindən verilmiş izahatın surətindən görünür ki, X17 Orucovdan aldığı 3 ədəd dərman preparatını suya qataraq taxıl sahəsinə səpdikdən 15-20 gün sonra taxıl sahəsində saralma baş verdiyini qeyd etmişdir. İşdə olan AQTA-nın xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X13 qida məhsulları olan toxum, gübrə, bitki dərmanları sahəsində pərakəndə satış fəaliyyəti göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan AQTA-nın əməkdaşları və X11 Əsəd oğlu tərəfindən imzalanmış QRB-424/2024 saylı xx.xx.2024-cü il tarixli yoxlama aktının və xx.xx.2024-cü il tarixli qida obyektinə baxışın keçirilməsinə dair aktın, habelə AQTA və digər qurumlarının əməkdaşlarının və mağaza sahibi X8 iştirakı ilə tərtib edilərək imzalanmış xx.xx.2024 və xx.xx.2024-cü il tarixli pestisid və aqrokimyəvi maddə satışı müəssisələrinin saxlanma sahələrinin yoxlama anketlərinin və xx.xx.2024-cü il tarixli pestisid və aqrokimyəvi maddələrin satış yerinə baxış keçirilməsi haqqında aktın surətindən görünür ki, X10 məxsus bitki dərmanları və toxum satışı mağazasında məhsullar qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun qablaşdırılmayıb və markalanmayıb. Bununla da “Qida təhlükəsizliyi haqqında” Qanunun 17-ci maddəsinin tələbləri pozulmuşdur. Satış mağazasında saxlama müddəti (yararlılıq müddəti) ötmüş məhsullar aşkarlanmışdır və onlar satışda olan mallarla bir yerdə saxlanılır. Bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa çalışan şəxslərin ilkin və dövri olaraq tibbi müayinədən keçmələri haqqında olan sənədlər yoxlayıcıya təqdim edilməmişdir, çalışan şəxsər gigiyenik təlimlərə cəlb edilməmişdir, havalandırma sistemi yalnız təbii yolla həyata keçirilir, öz-özünə avtonom mexaniki havalandırma sistemi quraşdırılmayıb, döşəmə və divar səthləri hamar və su sızdırmayan deyil, yuyucu vasitələrin təsirinə qarşı davamlı şəkildə quraşdırılmayıb, stabil su təminatı, ilk yardım çantası, ehtiyat qoruyucu geyimlər mövcud deyil, preparatlar birbaşa döşəmə üzərində yerləşir, dərman və toxum məhsullarının üzərində azərbaycan dilində etiketlənmə mövcud deyil, preparatların dövlət qeydiyyatından keçməsi haqda şəhadətnamənin surəti mövcud deyil. Bu akt və anketlərə şikayətçi özü də imza etmiş və oradakı qeydlərlə razılaşmışdır. Bundan başqa şikayətçi həm məhkəmədə verdiyi izahatında, həm də şikayət ərizəsində vitrinin aşağı hissəsində vaxtı keçmiş bitki dərman preparatlarının agentliyin regional bölməsinin əməkdaşları tərəfindən aşkarlandığını qeyd etmişdir. Məhkəmə onu qeyd edir ki, dərman preparatlarının aşağı vitrinə və ya vitrinin aşağı hissəsinə qoyulması onun satılmamasına dəlalət edə bilməz. Bunun üçün qanunvericiliyin tələbinə uyğun olaraq ayrıca saxlama qabı olmalı və onun üzərində vaxtı keçmiş dərman preparatlarının saxlanması qeyd edilməlidir. Beləliklə, iş materialları və iş üzrə toplanmış mötəbər sübutlar ilə X8 İXM-in 220.2, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsi sübuta yetir. Belə olan halda şikayət tamamilə əsassız olduğundan rədd edilməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 447.0.-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: 447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına; 447.0.3. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X3 Regional X2 barəsində qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə şikayət təmin edilməməlidir. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayət təmin edilməsin, qərar qüvvədə saxlanılsın. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1151/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1151/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver