Məhkəmə qərarları › İş №3(021)-1153/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1153/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1153/2023 14.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 01 fevral 2023-cü il tarixli № 12000/01057 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ X5 şikayət verərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 01 fevral 2023-cü il tarixli №12000/01057 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi müavini X1 tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarına uyğun olaraq 20000,00 (iyirmi min) manatın 50 (ǝlli) faizi həddində, yəni 10000,00 (on min) manat məbləğində barəmdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərara əsasən 2021 -ci ildə 6 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 35.016 ABŞ dolları (59527,20 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi ilə bağlı Cənub Ərazi Baş Gömrük idarəsində araşdırma aparılmışdır. Materialin araşdırılması zamanı tərəfindən Cənub Ərazi Baş Gömrük idarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan vəsaitin müvəkkil bankda olan hesaba köçürülüb-köçürülməməsi ilə bağlı Cənub Ərazi Baş Gömrük idarəsi Gömrük Əməliyyatları idarəsi Gömrük Prosedurları sorğu verilmiş və cavab olaraq 2021-ci ildə 6 gömrük bəyannaməsi üzrə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan 35.016 ABŞ dolları (59527,20 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesablarına köçürülmədiyi müəyəyn olunmuşdur. Hesab edir ki, hazırki iş üzrə cavabdeh-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Gömrük İdarəsinin rəisi müavini X1 tərəfindən tərtib edilmiş 01 fevral 2023-cü il tarixli, 12000/01057 saylı qərarı ilə 10.000 anat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən ərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işi kənd təsərrüfatı məhsullarının ixracından ibarətdir. İxrac etdiyi məhsulun dǝyǝrini Pandemiya və sərhədlərin bağlanması səbəbindən, eləcə də Ukraynada davam edən müharibə səbəbindən bu günədək ala bilməmişdir. Belə olan halda onsuz da ona külli miqdarda ziyan dəymişdir. Ziyana düşməyi bir yana, hazırki qərarla əlavə olaraq 10 000 (on min) manat inzibati cərimə olunmağı, iflas həddində olan maddi vəziyyətinə daha da mənfi təsir edər. Dəfələrlə aidiyyatı üzrə ixrac etdiyi məhsulunun dəyərinin geri qaytarılması üçün müracit də, hələ də pulunu geri qaytara bilməmişdir. Həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərini pozmuşdur. Protokolu və aktı tərtib etmiş əməkdaşlar da məsələyə qeyri-obyektiv və birtərəfli yanaşaraq, bu sənədlər əsasında da hazırda mübahisələndirdiyi inzibati xəta üzrə qərarlar qəbul olunmuşdur. Bununla da, onun iştirakı olmadan protokol, daha sonra isə bu əsasla qərar qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1153/2023 nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən X5 barəsində İXM-in 483-cü maddəsi ilə qəbul edilmiş 01 fevral 2023-cü il tarixli №12000/01057 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1153/2023 nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-566/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 3(021)-1153/2023 saylı qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin hüquqşünası Cavidan Əhədov tərəfindən məhkəməyə teleqram göndərilərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 01 fevral 2023-cü il tarixli, № 12000/01057 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 01 fevral 2023-cü il tarixli №12000/01057 saylı qərarının surətindən görünür ki, vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin "Qeyd" hissəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manatın 50 (ǝlli) % həddində, yəni 10 000 (on min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X3 Cənub Ərazi Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixdə **********9503, xx.xx.2021-ci il tarixdə **********0712, xx.xx.2021-ci il tarixdə **********2452, xx.xx.2021-ci il tarixdə **********6996, xx.xx.2021-ci il tarixdə **********6302 və xx.xx.2021-ci il tarixdə **********0515 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan, 35016 ABŞ dolları (59527.2 manat) məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etməsi qərara alınmışdır. xx.xx.2021-ci il **********9503 saylı, xx.xx.2021-ci il tarixli **********0712 saylı, xx.xx.2021-ci il tarixli **********2452 saylı, xx.xx.2021-ci il tarixli **********6996 saylı, xx.xx.2021-ci il tarixli **********6302 saylı və xx.xx.2021-ci il tarixli **********0515 saylı Gömrük Bəyannamələrindən görünür ki, X5 (VÖEN **********) tərəfindən Gürcüstan Respublikasına cəmi 35016 USD dəyərində mal icracatı etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir: Məhkəmə qeyd edir ki, bütün qeyd edilən bu hallar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X3 əməlinə hüquqi qiymət verilməlidir. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra X3 İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş əməli həqiqətən törədib-törətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Məhkəmə eyni zamanda səlahiyyətli orqana inzibati tənbeh tətbiq edilmə barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə sorğu göndərsə də sılahiyyətli orqan qərarın qəbul edilməsinə əsas olmuş sənəd və materialları məhkəməyə işə baxılan müddətdə təqdim etməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, qərar qəbul etmiş səlahiyyətli gömrük orqanı X4 İXM-in 483-cü maddəsi ilə təqsirli bilərək barəsində iyirmi min manatın 50%-i, yəni 10000 manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul etsə də hansı səbəbdən birbaşa olaraq məbləğin 50%-i məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsini əsaslandırmamışdır. Halbuki, inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edən səlahiyyətli orqan İXM-in 31.2-ci maddəsini nəzərə almadan, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağıraşdıran halları araşdırmadan və nəzərə almadan qərar qəbul etmişdir. Belə ki, İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin, səlahiyyətli orqan işin faktiki hallarını və sahibkar kimi X3 əvvəllər eyni xarakterli hüquqpozmalara yol verib-verməməsini və malların və ya onların dəyərinin geri qaytarılmasının Məzahir Əliyevdən təqsiri səbəbindən törədilməsini müəyyən etmədən qərar qəbul etmişdir. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması və yenidən qərar qəbul edilməsi məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 01 fevral 2023-cü il tarixli № 12000/01057 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinə qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; Odur ki, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 01 fevral 2023cü il tarixli № 12000/01057 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinə göndərilməlidir. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin 01 fevral 2023-cü il tarixli № 12000/01057 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar