Məhkəmə qərarları › İş №3(021)-1157/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1157/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1157/2023 24.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, X1nun iştirakı ilə, X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional Şöbəsinin 17 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş 07 aprel 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolu və 17 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X4 barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Tərtər rayon məhkəməsinə göndərilməlidir. Belə ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, X1 Tərtər şəhəri, V.S.Həsənov küçəsi, ev 3-də yaşayır. Bununla bağlı Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1019 saylı arayış iş materiallarına əlavə edilmişdir. AR.İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Beləliklə, X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional Şöbəsinin 17 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti üzrə material ərazi aidiyyəti üzrə baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional Şöbəsinin 17 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar