Məhkəmə qərarları › İş №3(021)-1158/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1158/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1158/2023 27.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 iclas katibliyi ilə, xx.xx.1981-ci il tarixdə Bərdə rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Alpout kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur ona görə ki, Bərdə rayonu, Alpoud kəndində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi "VAZ-2107" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Qazıqurdalı kənd ərazisindən keçən avtomobil yolu ilə Bərdə şəhəri istiqamətində yüksək surətlə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətinin təmin edilməsi baş verməməsi ilə nəticələnən idarəetmə ilə əlaqədar hərəkətləri (manevr) aparmamalı olduğu halda bunları etməyərək, qarşı zolaqla Bərdə rayonu Alpoud istiqamətində hərəkətdə olan X1 hüququ olmadan etibarnamə əsasında idarə etdiyi VAZ-21093 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən, daha sonra Bərdə şəhəri istiqamətində hərəkətdə olan Bərdə şəhəri, H.Əliyev prospekti, ev 112-də yaşayan X12 idarə etdiyi sürücülük hüququ olmaqla özünə məxsus "Niva-Urban" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Toqquşma nəticəsində X12 idarə etdiyi sürücülük hüququ olmaqla özünə məxsus "Niva-Urban" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə şəhəri istiqamətində yolun sağ hissəsində dayanmış "Mercedes Atego yük" avtomobilinin arxa hissəsinə dəyərək dayanmışdır. Hadisə nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X3 yanaq və üst dodaq nahiyələrinin sıyrıqları, üst dodaq nahiyəsinin selikli qişasının qansızması ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər, "Niva-Urban" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 beyin silkələnməsi ilə müşayət olunan başın təpə nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olunan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Lakin sərnişin qismində əyləşmiş X13 isə heç bir xəsarət almışdır. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün Bərdə rayon X23 X28 göndərilmişdir. Ona görə də Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru X14 tərəfindən Şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında protokol tərtib edən şəxs və ya həmin orqanın nümayəndəsi, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak etməmişdir. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib edilmişdir və Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati xəta haqqına iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BC 259701 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/1494 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, BC kateqoriyalı AC 412380 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücü Seydəliyev Vasif Mülkǝsahib oğlunun avtomobil idarə etmək hüququ vardır. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, BA 268905 nömrəli "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nin surətindən görünür ki, "Mercedes Atego yük Fugron Lifti" markalı **-FB-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X16 məxsusdur. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, AB 424710 nömrəli "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nin surətindən görünür ki, "VAZ-2107 minik" markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X9 məxsusdur. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında" 303352 nömrəli etibarnamənin sürətindən görünür ki, "VAZ- 2107 minik" markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobil Şəxs etibar edilmişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, BB 217634 nömrəli "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Lada 21214 urban minik" markalı, ** FB *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X15 məxsusdur. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, B1, B, C1, C kateqoriyalı BC 255822 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücü X12 avtomobil idarə etmək hüququ vardır. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, BC kateqoriyalı AB 711971 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücü X11 avtomobil idarə etmək hüququ olsa da, xx.xx.2022-ci il tarixdə sürücülük hüququnun istifadə müddəti bitmişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, AA 393310 nömrəli "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nin surətindən görünür ki, "Lada 21093 minik" markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X4 məxsusdur. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında" 328332 nömrəli etibarnamənin sürətindən görünür ki, "VAZ- 21093 minik" markalı ** CB *** dövlət nömrə nişanlı avtomobil X17 etibar edilmişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş X6 X19 X2 15 aprel 2023-cü tarixli rəyindən görünür ki, X4 məxsus, etibarnamə ilə X11 idarə etdiyi LADA-21093 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 2422 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş X6 X19 X2 17 aprel 2023-cü tarixli rəyindən görünür ki, X20 məxsus LADA-21214 URBAN markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 5950 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X5 hadisə zamanı nə kimi bədən xəsarətləri almasını, həmin xəsarətlərin ağırlıq dərəcəsini, nəyin təsirindən yetirilməyə xarakterik olmasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. "MTE və PA" Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 17 aprel 2023- cü il tarixli, 268 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ yanaq və üst dodaq nahiyələrinin sıyrıqları, üst dodaq nahiyəsinin selikli qişasının qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X10 hadisə zamanı nə kimi bədən xəsarətləri almasını, həmin xəsarətlərin ağırlıq dərəcəsini, nəyin təsirindən yetirilməyə xarakterik olmasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. "MTE və PA" Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 17 aprel 2023- cü il tarixli, 271 nömrəli rəyindən görünür ki, X10 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Kənan Firudunlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X12 hadisə zamanı nə kimi bədən xəsarətləri almasını, həmin xəsarətlərin ağırlıq dərəcəsini, nəyin təsirindən yetirilməyə xarakterik olmasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. "MTE və PA" Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 15 may 2023cü il tarixli, 268 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər beyin silkələnməsi ilə müşayət olunan başın təpə nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, X6 sürücü kimi törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Yol patrul xidməti baş inspektoru X14 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayonu, Alpoud kəndində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi "VAZ-2107" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Bərdə rayonu, Alpoud kəndində yaşayan Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi "VAZ- 2107" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Qazıqurdalı kənd ərazisindən keçən avtomobil yolu ilə Bərdə şəhəri istiqamətində yüksək surətlə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətinin təmin edilməsi baş verməməsi ilə nəticələnən idarəetmə ilə əlaqədar hərəkətləri (manevr) aparmamalı olduğu halda bunları etməyərək, qarşı zolaqla Bərdə rayonu Alpoud istiqamətində hərəkətdə olan X1 hüququ olmadan etibarnamə əsasında idarə etdiyi VAZ-21093 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən, daha sonra Bərdə şəhəri istiqamətində hərəkətdə olan Bərdə şəhəri, H.Əliyev prospekti ev 112-da yaşayan X12 idarə etdiyi sürücülük hüququ olmaqla özünə məxsus "Niva-Urban" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Toqquşma nəticəsində X12 idarə etdiyi sürücülük hüququ olmaqla özünə məxsus "Niva-Urban" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə şəhəri istiqamətində yolun sağ hissəsində dayanmış "Mercedes Atego yük" avtomobilinin arxa hissəsinə dəyərək dayanmışdır. Hadisə nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X3 yanaq və üst dodaq nahiyələrinin sıyrıqları, üst dodaq nahiyəsinin selikli qişasının qansızması ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər, "Niva- Urban" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 beyin silkələnməsi ilə müşayət olunan başın təpə nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olunan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Lakin sərnişin qismində əyləşmiş X13 isə heç bir xəsarət almışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP № ******* nömrəli protokolla və iş materialları ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsidir. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxslərin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar