Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1159/2024 30.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, H.Əliyev prospekti ev 48-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 30 oktyabr 2024-cü il tarixdə MN №2079400 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 30 oktyabr 2024cü il tarixdə saat 11:20 radələrində Bərdə rayon İcra Hakimiyyətinin inzibati binasında səsküy salaraq İcra Hakimiyyətinin iş rejimini pozmaqla xırda xuliqanlıq halına yol verərək İXM-nin 510-cu maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN №2079399 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə saat 10:50 radələrində X8 və X4 döyərək onlara xəsarət yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə yol vermişdir. Bərdə rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 3(021)-1158/2024 nömrəli qərarından görünü ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1158/2024 nömrəli və 3(021)-1159/2024 nömrəli inzibati xəta haqqında işlər birləşdirilərək 3(021)-1158/2024 nömrə ilə bir icraatda baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən birləşdirilərək bir icraatda baxılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1158/2024 nömrəli və 3(021)-1159/2024 nömrəli inzibati xəta haqqında işlər birləşdirilərək 3(021)-1158/2024 nömrə ilə bir icraatda baxılması haqqında qərar qəbul edildiyindən 3(021)-1159/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 34.2, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1158/2024 nömrəli və 3(021)- 1159/2024 nömrəli inzibati xəta haqqında işlər birləşdirilərək 3(021)-1158/2024 nömrə ilə bir icraatda baxılması haqqında qərar qəbul edildiyindən 3(021)-1159/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti məlumat üçün tərəflərə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1159/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1159/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver