Məhkəmə qərarları › İş №3(021)-1161/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1161/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1161/2023 20.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Ərəblər kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 20 iyul 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, X3 məxsus 2018-ci il buraxılışlı ** BA *** qeydiyyat nişanlı, SDLG953N markalı Frontal yükləyici Bərdə rayon Polis şöbəsinin X6 bölməsinin avtomobil duracağına yerləşdirilməlidir. Lakin o, icra sənədini icra etməkdən qəsdən yayınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X3 məxsus 2018-ci il buraxılışlı ** BA *** qeydiyyat nişanlı, SDLG953N markalı Frontal yükləyici Bərdə rayon Polis şöbəsinin X6 bölməsinin avtomobil duracağına yerləşdirilməlidir. Həmin avtomobil texniki nasazlıq səbəbindən hazırda işğaldan təzə azad edilmiş Qarabağ zonasında qalmışdır və gətirə bilmir. Həmçinin onun barəsində axtarış verildiyi üçün əraziyə giriş edə bilmir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 16(115)-3/2023 saylı icra sənədindən görünür ki, X3 məxsus 2018-ci il buraxılışlı ** BA *** qeydiyyat nişanlı, SDLG953N markalı Frontal yükləyici Bərdə rayon Polis şöbəsinin X6 bölməsinin avtomobil duracağına yerləşdirilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 8(021)391/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-16(115)-3Ə2023 nömrəli icra sənədü üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmiş, Şəxs həmin qərardan şikayət vermiş, şikayət təmin olunaraq Bərdə rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs axtarışı barədə 03 fevral 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Beləlilə məhkəmə tərəfindən müəyyən olundu ki, Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 16(115)-3/2023 saylı qərardadına əsasən X3 məxsus 2018-ci il buraxılışlı ** BA *** qeydiyyat nişanlı, SDLG953N markalı Frontal yükləyici Bərdə rayon Polis şöbəsinin X6 bölməsinin avtomobil duracağına yerləşdirilməlidir. Həmin qərardadın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. Şəxs isə həmin avtomobilin hazırda texniki nasaz vəziyyətdə Zəngilan rayonu ərazisində olduğunu bildirir. Barəsində axtarış qərarı olduğu üçün həmin əraziyə giriş edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə görə isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar