Məhkəmə qərarları › İş №3(021)-1161/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1161/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1161/2024 01.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Bərdə Rayon Polis X18 Xidməti Bölməsinin baş inspektoru X1, zərərçəkmiş şəxs X6, inzibati xəta törətmiş şəxs Şəxs, onun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, Bərdə şəhəri Təbriz küçəsi ev 21A-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 327.8 və 333.3-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05 oktyabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz 220 minik” markalı, **- RP-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə rayonu Əyricə kəndi ərazisində hərəkətdə olarkən qarşıda yolun hərəkət hissəsində yol vermək üçün dayanmış vəziyyətdə olan X3 idarə etdiyi “YUMZ 6AKL” markalı, **-BA-*** dövlət nömrə nişanlı traktora çırpılmış, baş vermiş hadisə nəticəsində Şəxs idarə etdiyi “Mercedes Benz 220 minik” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşən X11 yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8 və 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, “Mercedes Benz 220” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsus olmuş, həmin avtomobili etibarnamə əsasında idarə etmişdirr. Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ var. X11 tanışıdır. xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində X16 rayonu Mollagüllər kəndində onun qohumunun məclisində Vüsal Quliyevlə birlikdə spirtli içkilər qəbul etmişdir. Məclisə idarə etdiyi “Mercedes Benz 220" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Təxminən saat 15 radələrində məclisdən çıxmış, Vüsal Quliyev onu Əyricə kəndinə aparmasını xahiş etmişdir. Spirtli içkinin təsiri altında avtomobil idarə edərək Vüsal Quliyevlə birlikdə Bərdə rayonu Əyricə kəndinə getmişdir. Təxminən saat 17 radələrində Vüsal Quliyevlə birlikdə evdən çıxmış və sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz 220” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Əyricə kəndindən Bərdə şəhəri istiqamətinə gəlmişdir. Bərdə rayonu Əyricə kəndində olarkən yolun ortasında traktor olduğunu görmüşdür. Traktoru yolun ortasında gördükdə idarə etdiyi avtomobili yolun sağına çəkmiş və əyləci basmışdır. Təxminən 30 metr sonra avtomobil qarşıdan gələn traktora çırpılmışdır. Hadisə nəticəsində avtomobilində sərnişin olan Vüsal Quliyev xəsarət almışdır. Təcili tibbi yardım gəlmiş, sonra oradan uzaqlaşaraq gemtişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 göstərdi ki, Şəxs təxminən 10 ildir tanıyır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Elgiz özünə məxsus olan “Mercedes” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə xalası oğlunun sünnət toyu ciyəraxşamı üçün Bərdə rayonu Mollagüllər kəndinə getmişdir. Məclisdə Elgizlə birlikdə spirtli içkilər qəbul etmişdir. Bir neçə saat sonra məclisdən çıxmış və Elgiz içkili vəziyyətdə özünə məxsus avtomobilə əyləşərək onu Bərdə rayonu Əyricə kəndinə atası evinə aparmışdır. Orada övladlarını gördükdən sonra Elgizlə birlikdə Bərdə şəhərinə qayıtmaq qərarına gəlmişdir. Əyricə kəndi ərazisindən şəhər istiqamətinə çıxarkən Elgiz idarə etdiyi avtomobili qarşıda olan traktora çırpmışdır. Baş vermiş hadisə nəticəsində xəsarət almış və Bərdə rayon DM-ə aparılmışdır. Hazırda səhhətində heç bir problem yoxdur. Şəxs şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Bərdə Rayon Polis X18 Xidməti Bölməsinin baş inspektoru X7 göstərdi ki, Şəxs 05 oktyabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz 220 minik” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə rayonu Əyricə kəndi ərazisində hərəkətdə olarkən qarşıda yolun hərəkət hissəsində yol vermək üçün dayanmış vəziyyətdə olan X3 idarə etdiyi “YUMZ 6AKL” markalı, **-BA-*** dövlət nömrə nişanlı traktora çırpılmış, baş vermiş hadisə nəticəsində Şəxs idarə etdiyi “Mercedes Benz 220 minik” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşən X11 yüngül xəsarət almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, özünə məxsus traktoru və onu idarə etmək üçün sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə özünə məxsus traktorla Bərdə rayonu Əyricə kəndində hərəkətdə olmuş, hərəkət yolunda “VAZ- 2106” markalı avtomobil dayanmışdır. Qarşıdan “Mercedes” markalı avtomobilin yüksək sürətlə gəldiyini görmüş və traktoru “VAZ-2106” markalı avtomobilin yanında saxlamışdır. "Mercedes” markalı avtomobil yüksək sürətlə gələrək traktorun sol qabaq təkərinə çırpılmış və dayanmışdır. Traktordan düşdükdə “Mercedes” markalı avtmobilin sürücüsünün və sərnişinin sərxoş vəziyətdə olmasını görmüşdür. “Mercedes” markalı avtmobildə olan sərnişin xəsarət almışdır. Təcili tibbi yardım gəldikdən sonra Elgiz adlı şəxs “Mercedes” markalı avtmobili sürərək hadisə yerindən uzaqlaşaraq getmişdir. Hadisə nəticəsində hər hansı bir xəsarət almamışdır. Lakin baş vermiş hadisə nəticəsində ona məxsus olan traktora maddi ziyan dəymişdir. Şəxs ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan: Bərdə Rayon Polis X5 təhqiqatçısı X4 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanılması rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. 06 oktyabr 2024-cü il tarixli 1339 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 08 oktyabr 2024-cü il tarixli, 798 saylı Rəydən görünür ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol gözaltı-almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 327.8 və 333.8ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, inzibati xəta haqqında 01 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X18 Xidməti Bölməsinin baş inspektoru X7 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Şəxs İXM-nin 327.8 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, zərərçəkmiş şəxslərin ifadələri, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır.. 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə, yəni İXM-nin 333.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 34.3-cü maddəsinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 333.3-cü maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsinə əsasən barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar