Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1162/2024 18.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair DİN BDYPİ YPX-dan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon YPX-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində idarə etdiyi özünə məxsus “Mersedes Benz” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektindən Bərdə şəhəri İ.Qayıbov küçəsi istiqamətində dönmə əməliyyatı edərkən, yol hərəkət üstünlüyünə malik Bərdə-Yevlax istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “Vaz 21094” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxmış, bu səbəbdən Muğan Bayramov idarə etdiyi avtomobili Şəxs idarə etdiyi avtomobilin sağ hissəsindən vurmuşdur. Həmin vaxtı Muğan Bayramovun avtomobilində sərnişin qismində əyləşmiş X9 avtomobilin ön alın şüşəsinə dəyərək sağ qaş nahiyyəsinin əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materialları ilə sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Vət.Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın surətinin məlumat üçün maraqlı tərəflərə və rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan MTE və PA Birliyi PHŞ-in Bərdə rayon Şöbəsinin rəisi və eksperti X7 tərəfindən X9 barəsində verilmiş xx.xx.2024-cü il tarixli 816 saylı X8 haqqında Ekspert Rəyinin nəticə hissəsindən görünür ki, Vət.X4 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan 13 oktyabr 2024-cü il tarixli X2 surətindən görünür ki, X1 VAZ 2109 Minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi dəyəri 3251 manat təşkil edir. İş materiallarında olan Bərdə rayon YPX baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində idarə etdiyi özünə məxsus “Mersedes Benz” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektindən Bərdə şəhəri İ.Qayıbov küçəsi istiqamətində dönmə əməliyyatı edərkən, yol hərəkət üstünlüyünə malik Bərdə-Yevlax istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “Vaz 21094” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxmış, bu səbəbdən Muğan Bayramov idarə etdiyi avtomobili Şəxs idarə etdiyi avtomobilin sağ hissəsindən vurmuşdur. Həmin vaxtı Muğan Bayramovun avtomobilində sərnişin qismində əyləşmiş X9 avtomobilin ön alın şüşəsinə dəyərək sağ qaş nahiyyəsinin əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhz bu yolla həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətalara yol verilməsinin qarşısını almaq olar. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1162/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1162/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver