Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1170/2022 01.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Şəxs Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 3(021)-1170/2022 nömrəli inzibati xəta haqqında qərarına xitam verilməsinə dair ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə inzibаti xəta prоtоkоlu tərtib edilərək baxılmаsı üçün Bərdə Rаyоn Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta protokolu ilə inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 03 ay müddət keçməsinə baxmayaraq cəriməni ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmışdır. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəməyə 05 sentyabr 2022-ci il tarixdə ərizə verərək Bərdə Rayon Məhkəməsinin 3(021)-1170/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 09 yanvar 2022-ci il tarixli İXP ******* saylı qərarı ləğv edilmişdir. Odur ki, Bərdə rayon Məhkəməsinin 3(012)- 1170/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə rayon Polis Şöbəsinin nümayədəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materiala əlavə edilmiş İXP ******* nömrəli inzibati protokoldan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə cəriməni və dəbbə pulunu qanunla müəyyən edilmiş müddət ərzində dövlət büdcəsinə ödəmədiyi üçün bаrəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə inzibаti xəta törətməsinə dаir prоtоkоl tərtib edilmişdir. İşə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)-1170/2022 saylı 01 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 09 yanvar 2022-ci il tarixli EQ ******* saylı qərarı ləğv edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ərizəsini, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 09 yanvar 2022-ci il tarixli İXP ******* saylı qərarı ləğv edildiyindən,Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsinə əsasən Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərarа аldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 09 yanvar 2022-ci il tarixli İXP ******* saylı qərarı ləğv edildiyindən Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2022ci il tarixli, 3(021)-1170/2022 nömrəli inzibati xəta haqqında qərarına xitam verilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1170/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1170/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver