Məhkəmə qərarları › İş №3(021)-1173/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1173/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1173/2023 07.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuş, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin Yol-Patrul Xidmət Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə Yol Patrul Xidməti Alayının 13-cü taqımın komandiri polis kapitanı X11 tərəfindən 25 iyul 2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, VAZ 21074 markalı 09- BU-075 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onu BC kateoqriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində avtomobili ilə ailə üzvlərini Mingəçevir şəhərinə aparmaq üçün yola düşmüşdür. St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən hissəsində Bərdə şəhəri istiqamətinə dönmək istəmiş, təxminən 10-15 km/saat surətlə dönərkən qarşıdan gələn VAZ 21124 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış, nəticədə avtomobilinin qabaq sağ tərəfi ilə həmin avtomobilin qabaq tərəfi toqquşmuşdur. Nəticədə avtomobilində olan yeznəsi Ramil xəsarət almış, digər avtomobildə olan sərnişinlərdə də xəsarətlər alanlar olmuşdur. Onlarla birlikdə Bərdə diaqnostika Mərkəzinə müracit etmişdirlər. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin Yol-Patrul Xidmət Alayının nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlə üzrə istintaq və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən 60-cı km-liyinə X8 idarə etdiyi VAZ 21124 markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Şəxs idarə etdiyi VAZ 21074 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 21124 markalı avtomobilin sərnişini Laçın rayonu Şəlvə kəndində qeydiyatda olan, 1966-cı il təvəllüdlü Mahmudov Əhliman Fǝtiş oğlu xəsarət alaraq Bərdə rayon Diaqnostika Mərkəzinə müraciət etmişdir. Həmin faktla bağlı araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi VAZ 21074 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Bərdə rayonu Alpout kəndi ərazisindən keçən 60-ci kilometrliyində hərəkətdə olarkən sola, Bərdə şəhəri istiqamətində dönərək əks istiqamətdən gələn X5 idarə etdiyi VAZ 21124 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq yolun sol tərəfindən sağa doğru 0.4 avtomobil sərnişinləri metr məsafədə toqquşmuş, nəticədə VAZ 21124 markalı Mahmudov Əhliman Fǝtiş oğlunun, X6 və X1 yüngül zərərvuran xəsarətlər almasına, VAZ 21074 markalı avtomobilin sərnişinləri X3 və X2 zərərvurmayan xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi üzrə sürücü Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmiş, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (yolayrıcını keçmə qaydalarının pozulmasına) maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyindən barəsində tənbeh tədbirləri görülməsi üçün (əks hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmaqla zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyindən barəsində tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki; Alkoqolun qəbulu və sərxoşluq vəziyyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli 631 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü Şəxs ayıq vəziyyətdə olmuşdur. Alkoqolun qəbulu və sərxoşluq vəziyyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli 632 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü X8 ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-ci il tarixli 401 nömrəli rəyindən məlum olmuşdur ki, Mahmudov Əhliman Fǝtiş oğlunun bədənində aşkar edilmiş xəsarət alın, burun beli, sağ burun qanadı, sağ və sol diz oynağının ön səthlərinin əzilmiş yaraları, hər iki gözün ağlı qişasının geniş ölçülü qansızması, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəclərinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-ci il tarixli 454 nömrəli rəyindən məlum sol olmuşdur ki, X6 bədənində aşkar edilmiş xəsarət - baldır nahiyəsinin 1/3-də sol baldırayaq oynağının əhatə etməklə dərialtı hemotoması, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-ci il tarixli 397 nömrəli rəyindən məlum olmuşdur ki, X4 bədənində aşkar edilmiş xəsarət - başın təpə, alın və sol almacıq nahiyələrini əhatə edən sahənin əzilmiş yarası, sol gözətrafı nahiyənin qançırı, sol körpücüküstü nahiyənin sıyrığı, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, yolnəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-ci il tarixli 402 nömrəli rəyindən məlum olmuşdur ki, X3 bədənində aşkar edilmiş xəsarət sağ almacıq nahiyəsinin sıyrığı, sağ bazunun aşağı 1/3-nin arxa səthinin qançırı, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-ci il tarixli 398 nömrəli rəyindən məlum olmuşdur ki, X9 bədənində aşkar edilmiş xəsarət-sağ gözətrafı nahiyənin qançırı, alın nahiyəsinin səthi əzilmiş yarası, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, yolnəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati işin materiallarına əlavə edilmiş Yol Patrul Xidməti Alayının 13-cü taqımın komandiri polis kapitanı X11 tərəfindən tərtib edilmiş 25 iyul 2023-cü il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 327.8-cimaddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İnzibati işin materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs avtomobil idarə etmək hüququ vardır. İnzibati işin materiallarına əlavə edilmiş "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nin surətindən görünür ki, VAZ 21074 markalı **-BU-***dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ Şəxs məxsusdur. İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar