Məhkəmə qərarları › İş №3(021)-1173/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1173/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1173/2024 03.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, X3 iştirakı ilə, Tərtər rayon YPX tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan və protokolun ləğvi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X5 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon YPX tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli barəsində AR İXM-nin 353.2 maddəsi ilə 600 manat cərimə inzibati tənbeh növünün tətbiq edilməsini nəzərdə tutan qərarın və ona dair protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun idarə etdiyi HOVVO markalı **-US- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Tərtər rayon YPX əməkdaşları tərəfindən saxlanılaraq, maşının əlavə yükə sahib olmadığı halda, mənbəyi məlum olmayan lisenziyası mövcüd olmayan qapanla çəkilərək, sonra da ona YPX əməkdaşları tərəfindən gedə bilərsən. Hər şey qaydasındadır-sözü deyildikdən sonra, maşınında çəkiliş etmədən, onun iştirakı olmadan maşına baxış keçirilmədən, izahatı alınmadan, o protokola imza etmədiyi halda barəsində Tərtər YPX AR İXM-nin 353.2. maddəsi ilə 600 manat inzibati cərimə tənbeh növü ilə bağlı TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul etmişlər. Onunla bağlı fakt üzrə YPX əməkdaşları heç bir video çəkiliş və audio yazılış aparılmamış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş hər hansısa inzibati xəta hadisəsi olmamışdır. Həmçinin əgər onun idarə etdiyi yük maşınında tələb edilən çəkidən artıq yük var idisə, niyə YPX əməkdaşları həmin yükün boşaldılmasını tələb etməmişdirlər və ya özləri həmin artıq çəki yaradan yükü boşaltmamışdırlar. O, yollarda hərkətdə olmuşdur və keçdiyi yolları üzərində də müşahidə kameraları vardır. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında onun idarə etdiyi nəqliyyat vasitəsi ilə bağlı fakt aşkar edilmədiyi üçün inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar da qəbul edilməmişdir. Tərtər YPX əməkdaşlarınını sonradan ona qarşı qərəzli şəkildə yazdıqları hazırda mübahisələndirlən qərarların əsası heç bir mötəbər sübutlar təşkil etmir. Məhkəmə iclasında X5 şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin olunmasını və barəsində Tərtər rayon YPX tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli barəsində AR İXM-nin 353.2 maddəsi ilə 600 manat cərimə inzibati tənbeh növünün tətbiq edilməsini nəzərdə tutan qərarın və ona dair protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurum işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AA5340058 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. 4719 nömrəli arayışdan görünür ki, X2 şəhəri Koroğlu küçəsi 8 nömrəli evdə yaşayır. AD 639452 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-US-*** nömrəli HOWO Yük markalı nəqliyyat vasitəsi X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydası”nın 2 nömrəli cədvəlinə əsasən kombinə edilmiş nəqliyyat vasitələrində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə olan nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 ton olaraq müəyyən edilmişdir. Göstərilən əsaslardan çıxış edərək məhkəmə qeyd edir ki, şəxsin icazə verilən kütlə həddini aşması barədə tərtib edilən qərar iş materiallarına əlavə olunmuş sənədlərlə sübuta yetirilmir. Bu səbəbdən həmin qərar ləğv edilməli və yenidən araşdırılması üçün səlahiyyəli orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Tərtər rayon YPX tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilsin. Qərardan qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar