Məhkəmə qərarları › İş №3(021)-1174/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1174/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1174/2024 28.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, xx.xx.1976-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,orta təhsilli, Bərdə şəhəri Koroğlu küçəsi ev 8-də yaşayan X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tərtib edilmiş İnzibati Tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək, Tərtər YPX tərəfindən tərtib edilmiş TP ******* saylı, 02 oktyabr 2024-cü il tarixli İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə tənbehi tətbiq edilməsini nəzərdə tutuan qərarın və ona dair protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi “HOVVO” markalı, 99FZ686 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Tərtər rayon YPX əməkdaşları tərəfindən saxlanılaraq, maşının əlavə yükə sahib olmadığı halda, mənbəyi məlum olmayan lisenziyası mövcüd olmayan qapanla çəkilərək, sonra da ona YPX əməkdaşları tərəfindən “gedə bilərəsən, hər şey qaydasındadır” sözü deyildikdən sonra maşınında çəkiliş etmədən, onun iştirakı olmadan maşına baxış keçirilmədən, izahatı alınmadan imza etmədiyi halda barəsində Tərtər YPX tərəfindən AR İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə tənbeh növü ilə bağlı ******* saylı, xx.xx.2024-cii il tarixli qərar qəbul edilibdir. Həmin qərarı və protokolu əsassız hesab edir. Belə ki, İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328. 329.1, 329.2. 330, 346-1. 353.1. 353.2. 353.4. 353.5 və 469.3-ci maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, orqanın ( qurumun) informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əldə edilməklə elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) müvafiq sisteminə göndərilir. Onunla bağlı fakt üzrə YPX əməkdaşları heç bir video çəkiliş və audio yazılış aparmamış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş hər hansısa inzibati xəta hadisəsi olmamışdır. Həmçinin əgər onun idarə etdiyi yük maşınında tələb edilən çəkidən artıq yük var idisə niyə YPX əməkdaşları həmin yükün boşaldılmasını tələb etməmişlər və ya özləri həmin artıq çəki yaradan yükü boşaltmadılar. Belə ki, AR İXM-nin 127-1.4.-cü maddəsinə əsasən Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. AR İXM-nin 127-1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 555 , 553.2. 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır.Yollarda hərəkətdə olur və keçdiyi yollar üzərində də müşahidə kameraları vardır. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında onun idarə etdiyi nəqliyyat vasitəsi ilə bağlı fakt aşkar edilmədiyi üçün inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar da qəbul edilməmişdir. AR İXM-nin 127-1.5-ci maddəsinə əsasən Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Tərtər YPX əməkdaşlarının sonradan ona qarşı qərəzli şəkildə yazdıqları hazırda mübahisələndirilən qərarlarının əsasını heç bir mötəbər sübutlar təşkil etmir. Həmçinin, barəsində tətbiq edilən AR İXM-nin 353.2-ci maddəsinin (353.2. İriqabaritli və ya nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) tərkibini yaradan hərkətlər onun tərəfindən yol verilmədiyi və eyni zamanda Tərtər YPX əməkdaşlarının özləri tərəfindən də onun idarə etdiyi maşınla əlaqədar ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) tərkibini yaradan hərəkətlərin mövcudluğunu təsdiq edən heç bir fakt aşkar olunmadığı halda, sonradan onunla qəbul edilmiş inzibati tənbeh qərarının əsassızlığı və qərəzli olması şübhə doğurmur, inzibati işlərdə sübutlar bütün digər hüquqi prosedurlarda olduğu kimi kritik rol oynayır. Odur ki, məhkəmədən , Tərtər YPX tərəfindən tərtib edilmiş TP ******* saylı, 02 oktyabr 2024-cü il tarixli İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə tənbehi tətbiq edilməsini nəzərdə tutuan qərarın və ona dair protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına şikayət verən şəxs iştirak etməmiş, əvvəlki məhkəmə iclasında X7 iştirak edərək şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın verilməsinə əsas olmuş materialları və sübutları təqdim etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA5523925 nömrəli, 4NEZ9CA Fin kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7- 27 dekabr 1976-cı ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə şəhəri İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 4718 nömrəli arayışdan görünür ki, X1 şəhəri Koroğlu küçəsi ev 8-də yaşayır. İş materiallarında olan nəqliyyat vəasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 99FZ686 dövlət nömrə nişanlı “HOWO Yük” markalı avtomobil X3 mülkiyyətindədir. İş materiallarında olan DİN DYP Web Portalından çıxarılmış 02 oktyabr 2024-cü il tarixli İXP6592758 nömrəli inzibati xəta haqqında protokol və 02 oktyabr 2024-cü il tarixli, TP6783306 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 02 oktyabr 2024-cü il tarixdə saat 12:21 radələrində Tərtər rayonu ərazisində istifadəsində olan 99FZ686 dövlət nömrə nişanlı “HOWO Yük” markalı avtomobil İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqslirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan 99FZ686 dövlət nömrə nişanlı “HOWO Yük” markalı avtomobili 17 dekabr 2024-cü il tarixdək idarə etmək üçün X5 vermişdir. İXM-in 353.2-ci maddəinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iş materiallarından X7 tərəfindən AR.İXM-in 353.2-ci mаddəsi ilə inzibati xətanın törədilməsi və ya həmin xətanın törədilməsində X4 təqsiri sübuta yetirilmir. Belə olan halda şikayət qismən təmin edilməklə onun barəsində İXM-in 353.2-ci mаddəsi ilə DİN Tərtər rayonu Polis Şöbəsinin DYP Bölməsinin polis mayoru X8 tərəfindən İXP6592758 nömrəli protokol üzrə qəbul edilmiş TP ******* saylı 02 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilməli, X4 barəsində İXM-in 353.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati araşdırma aparılması və tədbir görülməsi məhkəmənin səlahiyyətinə aid olmadığından həmin maddə üzrə hazırki qərar (material) yenidən araşdırma aparılması və inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.1-ci bəndinə əsasən həmin İXM-nin 157, 209, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1,335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.5, 338.8, 338.9, 339.1, 339.1-1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355 – 358, 428.5, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-in 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. X7 barəsində İXM-in 353.2 -ci mаddəsi ilə DİN Tərtər rayonu Polis Şöbəsinin DYP Bölməsinin polis mayoru X8 tərəfindən İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş TP ******* saylı 02 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilsin. X4 əməlində İXM-in 353.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasının müəyyən edilməsi ilə bağlı olan hissədə iş materialları inzibati araşdırma aparılması və inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi və tədbir görülməsi üçün səlahiyyətli orqan olan DİN Tərtər rayonu Polis Şöbəsinin DYP Bölməsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar