Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1176/2023 07.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi ilə, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq mаteriаlı аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Bərdə DYPB-nin polis mayoru X1 tərəfindən 04 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci mаddəsi ilə İXP ******* nömrəli inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxsnə məxsus olan KİA CARNİVAL Minik markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə İXM-in 347-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının baxılma vaxtı və yeri barədə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsə və protokol tərtib edən şəxsə məlumat verilməsinə baxmayaraq sözügedən tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material (protokol və digər sənədlər) Azərbaycan Respublikası DİN-nin Bərdə DYPB-yə geri qaytarılmalıdır. İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməyib, protokol və ona əlavə edilmiş materiallar natamamdır və buna görə də geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolla inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs səlahiyyətli şəxslərinin tanış olmasına, onun hüquq və vəzifələrinin protokol tərtib edən şəxs tərəfindən izah edilməsi və protokolun surətini almasına dair protokolda hər hansı qeyd və ya imza yoxdur. Bundan başqa ən vacib məqam İXM-in 328.1 və 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədən cəmiyyətə məxsus nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat əldə edilməsi ilə bağlı DYP-nin sorğusunun inzibati xəta törətməkdə təqsirləndirilən Şəxsnə çatmasına dair sənəd (poçt qəbzi, xəbərnamə və s.) iş materiallarında mövcud deyil. Belə olan halda İXM-in 347-ci maddəsi ilə inzibati xətanın törədilməsini müəyyən etmək mümkün deyil. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in tələbləri pozulmuşdur ki, bu hal inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir, həmçinin inzibati xəta haqqında protokola əlavə edilməklə məhkəməyə təqdim edilmiş material natamamdır. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bərdə DYPB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqan olan Azərbaycan Respublikası DİNnin Bərdə DYPB-yə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Bərdə DYPB-dən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bərdə DYPB-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1176/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1176/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver