Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1187/2023 31.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və vəkili X12 iştirakları ilə, xx xxx 1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Laçın rayon Sadınlar kəndində qeydiyyatda olub Bərdə rayon Meşəçilik İnstitutunda yaşayan X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 27 iyul 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, borclu X13 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu Bərdə rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(021)-1744/2023 saylı icra sənədinin icrasını təmin etməmiş, nəticədə 700 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(021)- 1744/2023 saylı icra sənədinə X9 ilə birgə nikahlarından olan övladları-xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində alimenti Mənsurə Fərhadovaya ödəməlidir. Lakin madi imkanı olmadığından ödəniş edə bilməmişdir. Hazırda borcundan 200 manat ödəyə bilər. Qalan borcunu da qısa zamanda ödəycəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 vəkili X16 bildirdi k, 200 manat ödəniş edə bilərlər, inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, X14 borcundan 200 manat ödəniş qəbul edir. Şakir Fərhadova inzibati tənbeh verilməsində maraqlı olmadığını bildirdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X8 əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu X14 icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(021)-1744/2023 saylı icra sənədindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə doğulmuş X15 və xx.xx.2010-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində aliment tutulub iddiaçı X5 ödənilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X3 rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(021)-1744/2023 saylı icra sənədi üzrə aliment borcundan 200 manat ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınmasından və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması aradan qalxır. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə görə isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, X8 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1187/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1187/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver