Məhkəmə qərarları › İş №3(021)-1187/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1187/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1187/2024 20.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidmətinin baş inspektoru X5, Zərərçəkmiş şəxs X6, X12 və X9, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə anadan olmuş, orta təhsilli,subay, Azərbaycan Respublikası vətəndaşı, Bərdə şəhəri Yeni Bakı küçəsində yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 maddəsində olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs sürücülük hüququ və etibarnamə olmadan “Vaz 21154 Minik” markalı ** CB *** idarə edərkən Azərbaycan Respublikasının İXM 332.4 maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Bərdə rayon X20 yol patrul xidmətinin baş inspektoru X13 izahatında göstərdi ki, Şəxs “Vaz 21154 Minik” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində X22 minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X6 yüngül bədən xəsarəti almasına, həmin avtomobildə eyni zamanda VAZ 21063 minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsinə inzibati cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərdi ki, əməlindən peşmandır. Bildirir ki, “Vaz 21154 Minik” markalı ** CB *** avtomobili idarə edərkən yolda su olduğundan idarəetməni itirərək X22 minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmədən barəsində inzibati cərimə tətbiq olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X18 məhkəmə iclasında izahat verərək bildirdi ki, onlar X22 minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə gedərkən qəflətən “Vaz 21154 Minik” markalı ** CB *** avtomobil onların qarşısına çıxmış və toqquşmuşlar. Şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X17 məhkəmə iclasında izahat verərək bildirdi ki, iki maşın toqquşduğu zaman o da onlara dəymişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sürücülük hüququ və etibarnamə olmadan “Vaz 21154 Minik” markalı ** CB *** idarə edərkən Azərbaycan Respublikasının İXM 332.4 maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/3341 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərar təsdiq edildikdən sonra Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4 maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İnzibati iş materiallarına əlavə olunmuş 662 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş X12 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol dirsək oynağının arxa və bayır səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərinişin kimi olmaqla törənə bilər, törənmə müddət qərarda göstərilən xx.xx.2024-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilməmişdir. İnzibati iş materialarına əlavə olunmuş 664 saylı ekspert rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun sümüyünün yerini dəyişməmiş sınığı, sağ gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olmaqla, sağ gözaltı nahiyəninin qançırları, sol göz almasının bayır yarısının kiçik ölçülü qansızma küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərinişin kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-il tarixə uyğun gəlir və dərəcəsinə görə umilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati iş materiallarına əlavə olunmuş 669 saylı ekspert rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –döş qəfəsinin sol yarısında İİ-İİİ-İV-V-Vı-Vİİ- Vİİİ-cı qabırğaların ön uclarına yaxın yerdəyişməyən sınıqları, sağ əlin İV-V əl daraq nahiyyəsinin kəsilmiş yarası, qarının ön səthinin sağ yarasının əzilmiş yarası, sağ əlin İİ-İİİ əl daraq səviyyəsinin, sol və sağ diz oynağının ön səthlərinin sıyrıqları, sağ budun yuxarı 1/3 –nin ön-iç-yan səthinin sıyrığı və qançırı küt əşyanının (əşyaların) sağ əlin İV-V əl daraq nahiyyəsinin kəsilmiş yarası iti kənara malik əşya ola bilsin sınmış şüşə parçası təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aiddirlər. İnzibati iş materiallarına əlavə olunmuş 663 saylı ekspert rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət sol mil-bilək oynağının iç-yan səthinin sıyrığı küt əşyanının təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər,törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsartə olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati iş materialarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli X18 tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. İnzibati iş materialarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli X15 tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. İnzibati iş materialarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli X4 tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. İnzibati iş materialarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli X16 tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1090 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X8 alkoqol sərxoşluğunun yüngül dərəcəsi müəyyən edilmişdir. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1091 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X10 alkoqol sərxoşluğu müyyən edilməmişdir. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1088 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1089 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X2 alkoqol sərxoşluğu müyyən edilməmişdir. İnzibati iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Vaz 21154 Minik” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində X22 minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə İnzibati Xətalar Məcəlləsinin 332.4 maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh növlərindən birinin seçilməsi məsələsinə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmanlığı və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində beş yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARALDİ • Qasımov X3 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. • Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. • Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar