Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1189/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Yol polisi bölməsinin Yol Patrul Xidməti baş inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməsinə dair Bərdə rayon Polis Şöbəsində 06 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs idarə etdiyi Opel Astra markalı **-DM-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində “Lux” yanacağdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sağdan düzünə hərəkət edən Vaz 21074 markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onunla toqquşmuşdur. Bərdə rayon X6 Yol polisi bölməsinin Yol Patrul Xidməti baş inspektoru X3 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 27 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi Opel Astra markalı **-DM-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində “Lux” yanacağdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sağdan düzünə hərəkət edən Vaz 21074 markalı **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onunla toqquşmuşdur. Toqquşmadan sonra Vaz 21074 maraklı avtomobilin sürücüsü X4 idarəetməni itirərək, yanacağdoldurma məntəqəsinin həyətində dayanmış vəziyyətdə olan “Mercedes” markalı **-EL-*** dövlət qediyyat nişanlı avtomobili arxa sol hissəsindən vuraraq toqquşmuşdur. Bundan əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücü Şəxs sürücülük hüququndan məhrum olunmuşdur. Bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 06 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh növlərindən birinin seçilməsi məsələsinə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. O, məhkəmədən inzibati xəta törətmiş şəxs barədə qanunamüvafiq tənbeh tədbirinin təyin edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərdi ki, 27 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi Opel Astra markalı **-DM-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində “Lux” yanacağdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sağdan düzünə hərəkət edən Vaz 21074 markalı **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onunla toqquşmuşdur. Toqquşmadan sonra Vaz 21074 maraklı avtomobilin sürücüsü X4 idarəetməni itirərək, yanacağdoldurma məntəqəsinin həyətində dayanmış vəziyyətdə olan “Mercedes” markalı **-EL-*** dövlət qediyyat nişanlı avtomobili arxa sol hissəsindən vuraraq toqquşmuşdur. O, hazırda əməlinin məsuliyyətini dərk edir. Həmin vaxt digər avtomobili görməmişdir. Həmişə o yerdən dönür. Bilməzdi ki, qəza olacaq. Vurulmuş ziyanı ödəməyə imkanı yoxdur. Gələcəkdə imkanı olsa az-az ödəyə bilər. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, 27 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi Vaz 21074 markalı **-UZ-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən “Lux” yanacağdoldurma məntəqəsinin qarşısında Opel Astra markalı **-DM-*** dövlət qediyyat nişanlı avtomobil onun qarşısına çıxmış, yayındırmaq imkanı olmadığından avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra idarəetməni itirərək, yanacağdoldurma məntəqəsinin həyətində dayanmış vəziyyətdə olan “Mercedes” markalı **-EL-*** dövlət qediyyat nişanlı avtomobili arxa sol hissəsindən vuraraq toqquşmuşdur. Dəymiş ziyanın ödənilməsini tələb edir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş, Bərdə rayon X6 Yol polisi bölməsinin Yol Patrul Xidməti baş inspektoru X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs sürücülük hüququ olmadan 27 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi Opel Astra markalı **-DM-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində “Lux” yanacağdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sağdan düzünə hərəkət edən Vaz 21074 markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onunla toqquşmuşdur. Toqquşmadan sonra Vaz 21074 maraklı avtomobilin sürücüsü X4 idarəetməni itirərək, yanacağdoldurma məntəqəsinin həyətində dayanmış vəziyyətdə olan “Mercedes” markalı **-EL-*** dövlət qediyyat nişanlı avtomobili arxa sol hissəsindən vuraraq toqquşmuşdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 27 avqust 2022-ci il tarixli, 1062 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 27 avqust 2022-ci il tarixli, 1063 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X4 alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 27 avqust 2022-ci il tarixli, 1064 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X5 alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs sürücülük hüququ olmadan 27 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi Opel Astra markalı **-DM-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində “Lux” yanacağdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sağdan düzünə hərəkət edən Vaz 21074 markalı **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onunla toqquşmuşdur. Toqquşmadan sonra Vaz 21074 maraklı avtomobilin sürücüsü X4 idarəetməni itirərək, yanacağdoldurma məntəqəsinin həyətində dayanmış vəziyyətdə olan “Mercedes” markalı **-EL-*** dövlət qediyyat nişanlı avtomobili arxa sol hissəsindən vuraraq toqquşmuşdur. Bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 06 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh növlərindən birinin seçilməsi məsələsinə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həbs edilməlidir. Belə ki, şəxs törətdiyi qanun pozuntusuna görə peşmançılıq hissi keçirtməməklə bərabər vurulmuş ziyanın ödənilməsinə və zərərçəkmiş şəxslərlə barışmağa cəhd göstərməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar məhkəmə iclasında müəyyən edilmədi. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 06 sentyabr 2022-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1189/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1189/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver