Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-119/2025 15.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X8 X10 21 yanvar 2025-ci il taixli, MN ******* saylı qərarın ləğvinə dair X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar tərtib edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti Qarabağ Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin protokola əsasən tərtib olunmuş 21 yanvar 2025-ci il taixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 199-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X5 barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası ƏSMN yanında X6 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli X4 ünvanlanmış məktubundan görünür ki, Bərdə rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli 24-1-2-2-408-1843-1 nömrəli məktubda işçilərin əmək hüquqlarının pozulması barədə müraciətinə ƏƏSMN yanında DƏMX Qarabağ regional şöbəsinə baxılmışdır. Aşkar olunmuş inzibati xəta halına görə tərəflərindən barəsində İXM 199-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan görünür ki, DƏMX-nin Qarabağ RŞ-nin rəisi X2 tərəfindən sahibkar X5 (VÖEN **********) barəsində tərtib edilmiş 2024-cu il 29 dekabr tarixli İ-12 nömrəli prokurorun qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, müəyyən edilmişdir ki, sahibkara məxsus olan yerdə AQTA-nın Qarabağ RB tərəfindən keçirilmiş yoxlama zamanı işçilər üçün nəzərdə tutulmuş sağlam və təhlükəsi əməyin mühafizəsi şəraitinin təmin edilməməsi qaydaları pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 199-cu maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İXM-nin 199 maddəsinə nəzərdə tutulmuş inzibati xətanı tərdiyinə görə barəsində 700 (yeddi yüz) manat tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X5 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayonu ərazisində ona məxsus çörək sexi vardır. Həmin sexdə işləyən işçilərlə qanunun tələbinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə ona məxsus çörək sexində işləmək üçün gəlmiş lakin işə qəbul edə bilmədiyi şəxs ondan Bərdə rayon prokurorluğuna şikayət vermişdir. Latın əlifbasını yazıb oxuya bilmir. Bərdə rayon prokurorluğunda ona verilən suallara cavab vermişdir. Lakin izahatda onun həmin şəxsi işlətdiyi qeyd edilmişdir. O, sexi işlətmir və bu bardə məlumatı yoxdur. Mübariz Qəhrəmanova bu işlər həvalə olunmuşdur. Lakin X6 barəsində Azərbaycan Respublikası İXM-nin 199 maddəsi ilə inzibati protokol tərtib etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar ədalətsizdir, qeyri obyektivdir. Orada işləyən işçilərin əmək haqqını zorla ödəyir. Bu cəriməni ödəmək imkanı yoxdur. Cərimə onun sahibkarlıq fəaliyyətini həyata keçirməyə imkan verməyəcəkdir. Həmin sexi bağlamaq məcburiyyətindədir. Ona görə də, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərara ləğv edilməlidir. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 21 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 21 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-119/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-119/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver