Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1192/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2022-ci il tarixdə uca səslə yaşadığı ünvanda nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X8 izahatında göstərdi ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayan Şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığı məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Orxan Məmmədzadə və X1 baş əməlliyat müvəkkili İdris Əhmədlidən ibarət yaradılmış əməliyat qrupu ilə birlikdə həmin şəxsin fərdi yaşayış evinə təxirəsalmaz axtarış tədbirləri keçirilmək istəyən zaman həmin şəxs evinin qarşısında səs küy salaraq həyətində saxladığı itləri polis əməkdaşlarının üzərinə hücum etdirmişdir. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Uca səslə nalayiq ifadələr işlədərək, səs-küy salaraq küçədə olan vətəndaşları qəsdən ora toplayaraq polisin fəaliyyətinə mane olmuşdur. Daha sonra həmin şəxs üzərində olan bıçağı çıxarıb kənarda dayanıb polis əməkdaşları həyətə daxil olduğu halda onlara və özünə xəsarət yetirəcəyini bildirdi. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayan Şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığı məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Orxan Məmmədzadə və X1 baş əməlliyat müvəkkili İdris Əhmədlidən ibarət yaradılmış əməliyat qrupu ilə birlikdə həmin şəxsin fərdi yaşayış evinə təxirəsalmaz axtarış tədbirləri keçirilmək istəyən zaman həmin şəxs evinin qarşısında səs küy salaraq həyətində saxladığı itləri polis əməkdaşlarının üzərinə hücum etdirmişdir. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxs üzərində olan bıçağı çıxarıb kənarda dayanıb polis əməkdaşları həyətə daxil olduğu halda onlara və özünə xəsarət yetirəcəyini bildirdi. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayan Şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığı məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Orxan Məmmədzadə və X1 baş əməlliyat müvəkkili İdris Əhmədlidən ibarət yaradılmış əməliyat qrupu ilə birlikdə həmin şəxsin fərdi yaşayış evinə təxirəsalmaz axtarış tədbirləri keçirilmək istəyən zaman həmin şəxs evinin qarşısında səs küy salaraq həyətində saxladığı itləri polis əməkdaşlarının üzərinə hücum etdirmişdir. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxs üzərində olan bıçağı çıxarıb kənarda dayanıb polis əməkdaşları həyətə daxil olduğu halda onlara və özünə xəsarət yetirəcəyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, əməlindən səmimi peşmandır. Yuxulu olduğundan nə etdiyinmi bilməmişdir. Məhkəmədən həbslə bağlı olmayan qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs barəsində həbslə bağlı olmayan tənbeh seçilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 06 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 06 sentyabr 2022-ci il tarixdə uca səslə yaşadığı ünvanda nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 06 sentyabr 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1192/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1192/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver