Məhkəmə qərarları › İş №3(021)-1194/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1194/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1194/2022 14.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, 14 iyun 1996-cı il tarixdə Bərdə rayonunda doğulmuş, evli, Kəlbəcər rayonu Zivel kəndində yaşayan Bərdə rayon X7 Patrol Xidmətinin 27 avqust 2022-ci il tarixli TP-5220662 nömrəli inzibati xəta haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon X7 Patrol Xidmətinin 16 iyul 2022-ci il tarixli İXP-4756145 saylı protokoldan və 27 avqust 2022-ci il tarixli TP-5220662 nömrəli İnzibati Xəta haqqında qərardan görünür ki, Kəlbəcər rayon Zivel kənd sakini X4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Ona məxsus olan Ford Cargo 2524 Yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16 iyul 2022-ci il tarixdə istifadə etdiyi zaman dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq protokol tərtib olunmuşdur. Qeyd edilən 16 iyul 2022-ci il tarixli İXP-4756145 nömrəli protokol üzrə qəbul edilmiş 27 avqust 2022-ci il tarixli TP-5220662 saylı qərarla barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. X1 həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verərək, Bərdə rayon X7 Patrol Xidmətinin 27 avqust 2022-ci il tarixli TP-5220662 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 məxsus olan Ford Cargo 2524 Yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16 iyul 2022-ci il tarixdə istifadə etdiyi zaman dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq protokol tərtib olunmuşdur. Hazırda ona yazılan cərimə polis əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. Odur ki, Bərdə rayon X7 Patrol Xidmətinin 27 avqust 2022-ci il tarixli TP- 5220662 nömrəli İnzibati Xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edərək bildirdi ki, hazırki cəriməni ödəməyə imkanı yoxdur. Qanunlar elə forma müəyyən edir ki, qanunun tələblərini pozmadan yük daşımaq mümkün deyil. Odur ki, qeyd edilən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Bərdə rayon X7 Patrol Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə Bərdə rayon X7 Patrol Xidmətinin nümayəndəsinin iştirakı olmadan hazırki inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyil və həmçinin törədilmiş inzibati xəta X4 tərəfindən məhkəmə iclasında etiraf edilmiş və cəirməni ödəməyə maddi imkanı olmadığından şikayət verdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında ola qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə rayon X7 Patrol Xidmətinin 27 avqust 2022-ci il tarixli TP-5220662 nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar