Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1194/2023 11.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, XXX Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqıda materiala baxaraq məhkəmə, M ü ə y yə n e t d i: Bərdə rayon Polis Şöbəsi tərəfindən XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, XXX Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 10 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə rayon Polis Şöbəsi tərəfindən XXX Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə XXX Şəxs məhkəməyə qəbz təqdim edərək göstərmişdir ki, X1 əməkdaşları tərəfindən barəsində tərtib edilmiş protokol üzrə cəriməni və ona hesablanmış dəbbə pulunu ödəmişdir. Odur ki, cəriməni ödəməsi nəzərə alıb İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə barəsində tərtib edilmiş protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, XXX Şəxs 19 yanvar 2023-cü tarixli, EQ 12822083 nömrəli inzibati protokol üzrə 10 manat cəriməni və ona hesablanmış 4.5 manat dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsi dinləyib və protokolu, protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni,dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutараг məhkəmə, Qərarа aldı: XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ 12822083 saylı protokol üzrə 10 manat cəriməni və ona hesablanmış 4.5 manat dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1194/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1194/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver