Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1195/2021 30.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vafiq oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, 14.11.1960-cı ildə, Stepanakert rayonu, Ballıca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olan, Bərdə şəhəri, Koroğlu küçəsində yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X7 İdarəsindən daxil olmuş 10.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 10.09.2021-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Qarabağ” restoranı, ailəvi istirahət mərkəzinin fasadında müvafiq icazə olmadan reklam yerləşdirdiyi aşkar edilmişdir.X2 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında 10.09.2021-ci il tarixli, MN № ******* nömrəli protokolu və ona əvalə edilmiş materiallarını araşdırıb hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi 10.09.2021-ci il tarixli, MN № ******* nömrəli protokolla, və ona əlavə edilmiş sənədlərlə (10.09.2021-ci il tarixli aktla və fotoşəkillə) sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 17-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta törətmiş X3 şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 428.7.1, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 506.0.4-cü maddəsinə əsasən hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr məhkumun ərizəsinə və ya cəzanı icra edən müəssisə, yaxud orqanın təqdimatına baxmaq, habelə öz təşəbbüsü ilə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı bütün şübhə və anlaşılmazlıqları həll etmək(onların çıxarılması zamanı məhkəmə iclasında sədrlik edən hakimlər) kimi hərəkətləri yerinə yetirməlidirlər. CPM-in 518.0.4-cü maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun ərizəsinə, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(021)-1195/2021 nömrəli qərarındakı “X6” sözləri “Şəxs” kimi oxunmalıdır. Göstərilənlərə əsаsən və CPM-in 506 və 518-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(021)-1195/2021 nömrəli qərarında olan anlaşılmazlıq aradan qaldırılsın. Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(021)-1195/2021 nömrəli qərarında “X6” sözləri “Şəxs” kimi oxunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür. Hаkim: Əyyub Kərimov İş № 3(021)-1195/2021 Bərdə Rayon Məhkəməsinin məhkəmə iclasının protokolu 05 oktyabr 2021-ci il Bərdə şəhəri. Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 14.20-də başladı. Sədrlik edən məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək göstərdi ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Sədrlik edən Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati materialı oxuyub elan edir. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra qərardadı elan edib, məzmununu, şikayət vermə müddətini və qaydasını, iclas protokolu ilə tanış olub qeydlər etmək qaydasını izah edərək məhkəmə iclasını saat 14:25-də bağlı elan etdi. Protokol 05 oktyabr 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Məhkəmə iclas katibi : AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _____________________________________________________________ _______ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 3(021)-1195/2021 «05» oktyabr 2021-ci il Bərdə Regional Reklam İdarəsinə Ünvan: Bərdə şəhəri, İ.Qayıbov küçəsi 3 Surəti: X4 Ünvan: Bərdə şəh., Koroğlu küç. Bərdə Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 3(021)-1195/2021 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “02” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(021)-1195/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1195/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver